IQNA

İsrail rejiminin Google ilə 45 milyon dollarlıq müqaviləsi

9:55 - September 07, 2025
Xəbər sayı: 3498819
İQNA - Amerikanın Google şirkəti İsrail rejiminin Fələstinlilərə qarşı cinayətlərini haqq qazandırmaq üçün bu rejimin Baş nazirlik ofisi ilə 45 milyon dollarlıq müqavilə imzalayıb.

“İQNA”-nın “Arabi 21”ə istinadla verdiyi xəbərə görə, “Drop Site News” saytı ifşa edib ki, Google Netanyahu ilə imzalanmış altı aylıq, 45 milyon dollarlıq müqaviləyə əsasən, İsrail rejiminin mesajlarını və rəvayətlərini təbliğ etməyə, həmçinin Qəzza zolağındakı humanitar böhranı kiçiltməyə kömək edəcək.

Sayt, “Google”-u Netanyahunun təbliğat strategiyasını yaymaq üçün İsrailin ən mühüm tərəfdaşı kimi təsvir edib.

Məlumata görə, İsrailin elan və reklamları YouTube və “Google Display & Video 360” tətbiqi vasitəsilə yayımlanacaq.

Araşdırmalar həmçinin göstərir ki, İsrail rejimi reklamlar üçün “X” messenceri vasitəsilə 3 milyon dollar, İsrailə məxsus “Outbreyn” tətbiqi vasitəsilə isə 2,1 milyard dollar xərcləyib.

Müqavilənin bölmələrindən biri isə Qəzza zolağında aclığın üzərini ört-basdır etmə və inkar etməklə bağlıdır.

4303642

Teqlər: israil ، amerika ، fələstin ، cinayət
captcha