“Alomq”un məlumatına görə, Mərakeşin Vəqflər və İslam İşləri naziri Əhməd Tovfiq açıqlayıb: “Nazirlik 75 mindən çox qadının əlyazma ilə köçürdüyü unikal Qurani-Kərimi tam qüsursuz şəkildə yeni bir formatda təqdim etməyə hazırlaşır”.
O əlavə edib ki, Mərakeşdə Qurani-Kərim proqramlarında qadınların iştirakı 70 faizdən çoxdur və onların sayı 250 mindən artıqdır.
Tovfiq deyib: “Nazirliyin statistikaları göstərir ki, məscidlərdə savadsızlığın aradan qaldırılması proqramlarında iştirak edənlərin böyük bir qismi hafizdir və bu proqramların əsas məqsədi oxumağı öyrətməklə Quran tilavətini asanlaşdırmaqdır”.
Nazirliyin məlumatına görə, Qurani-Kərimin 77 mindən çox kəlmədən ibarət olan bu nüsxəsinin köçürülməsində 75 mindən artıq mərakeşli qadın iştirak edib. Bu Quran, Mərakeşdə Qurani-Kərimin nəşri üzrə fəaliyyət göstərən Məhəmməd Sədis Fondunun təsdiqlədiyi və Vəqflər Nazirliyinin nəzarəti ilə yazılan Müshəf Məhəmmədiyə uyğun şəkildə kitabət olunub.
Xatırladaq ki, Müshəf Məhəmmədinin bir nüsxəsi 2015-ci ildə Ramazan dərslərinin açılış mərasimində Mərakeş kralı 6-cı Məhəmmədə təqdim olunmuşdu.
Bu Quran mərakeş naxışlı qızılgüllərlə bəzədilib və xüsusi ipək cilddə təqdim olunur.
4303605