IQNA

BMT İsrailin Qətərə hücumunu pislədi

13:07 - September 12, 2025
Xəbər sayı: 3498851
İQNA - BMT Təhlükəsizlik Şurası bəyanat yayaraq sionist rejimin Qətərə hücumlarını pisləyib.

“Şəfəq News”-un verdiyi xəbərə görə, BMT-nin Təhlükəsizlik Şurasının üzvləri dünən sionist rejimin Qətərin paytaxtı Dohaya qarşı son hücumlarını pisləyib və bölgədə gərginliyə son qoyulmasını tələb ediblər.

Şura tərəfindən yayılan bəyanatda bu hücumlarda mülki şəxslərin həlak olmasına görə dərin təəssüf ifadə olunub.

Bəyanatda həmçinin gərginliyə son qoyulmasının və Qətərin suverenliyinə dəstəyin vacibliyi vurğulanıb.

Bəyanatın sonunda isə şura üzvləri bölgədə vasitəçilik səylərində Qətərin mühüm roluna bir daha dəstək verdiklərini bildiriblər.

Sentyabrın 9-da, çərşənbə axşamı sionist rejim misilsiz bir addımla HƏMAS hərəkatı rəhbərlərinin Dohadakı ofislərini hədəf alıb. Bu addım bölgə və beynəlxalq miqyasda geniş reaksiyalara səbəb olub. Qətər rəsmiləri bu hücumu beynəlxalq qanunların açıq şəkildə pozulması və terrorçu bir hərəkət adlandırıblar. Bir çox region ölkələri də bu hücumu sərt şəkildə pisləyiblər.

4304555

captcha