IQNA

Şeyx Zühəyr Cəid İQNA ilə müsahibəsində:

İslam Respublikası müqavimət oxunun sütunudur

21:28 - September 16, 2025
Xəbər sayı: 3498877
İQNA - Livan İslam Əməli Cəbhəsinin koordinatoru vurğuladı ki, İran İslam Respublikası müqavimətin başında durur, onun onurğa sütunudur və Fələstin xalqına insani dəstək göstərir.

 

Livan İslam Əməli Cəbhəsinin koordinatoru Şeyx Zühəyr Cəid, 39-cu Beynəlxalq İslam vəhdət Konfransı çərçivəsində “İQNA”-ya verdiyi müsahibədə Həzrət Məhəmməd Mustafanın (s) mövludunun 1500 illiyi münasibətilə dedi: “1500 ildir ki, biz müsəlmanlar Rəhmət Peyğəmbərinin (s) bərəkəti ilə yaşayırıq, fəxr edirik və qürur duyuruq ki, Həzrət Məhəmmədin (s) ümmətiyik. Amma həqiqətənmi Onun istədiyi yolla gedirik?”

O, əlavə etdi: “Bu gün İslam dünyasında, xüsusilə Qəzzada, Fələstində, Livanda və bütün bölgədə baş verənlər göstərir ki, bu ümmət təəssüf ki, Allah Rəsulunun (s) təlim və metodlarından çox uzaq düşüb.”

Şeyx Cəid Həzrət Peyğəmbərin (s) bəzi hədislərinə işarə edərək dedi: “Peyğəmbər (s) buyurur: Müsəlman, müsəlmanın qardaşıdır – istəsin, istəməsin. Başqa bir hədisdə buyurur: Müsəlmanlar bir-birini möhkəmləndirən bina kimidirlər. Habelə başqa bir hədisdə buyurur: Möminlər mehribanlıq və mərhəmətdə bir bədən kimidirlər; bədənin bir üzvü xəstələnəndə digər üzvlər də yuxusuz və qızdırmalı olarlar.”

Bu sünni livanlı alim əlavə etdi: “Bəs bu gün ərəb və İslam ümməti xəstədir, çünki Qəzza xəstədir? Aclıq çəkir, çünki Qəzza acdır? Qorxu içindədir, çünki Qəzzalılar qorxur? Xeyr! Allaha and olsun ki, hamı rahatlıq içindədir, yalnız Allahın rəhm etdiyi insanlar istisna olmaqla.”

O qeyd etdi ki, bu gün müsəlmanların sayı təqribən iki milyard nəfərə yaxındır.

“Əgər bu kiçik möminlər qrupu – müqavimət oxu – olmasaydı, Fələstindən Livana qədər ən dəyərli şəxsini – şəhid Seyid Həsən Nəsrullah və onun komandirlərini – qurban verməsəydi, biz İraqda və Yəməndə bu müharibənin çox ağır bədəlini ödəyəcəkdik. Yəmən xalqı kasıblığa, mühasirəyə və çətinliklərə baxmayaraq, hələ də Qəzzaya dəstək verir.”

İslam Əməli Cəbhəsinin koordinatoru əlavə etdi:

“Bütün bunlardan əlavə, İslam Respublikası müqavimətin başında durur və onun onurğa sütunudur. Qəzzaya qarşı insani mövqeyinə görə ədalətsiz müharibəyə məruz qalıb. İranın mövqeyi İslamdan öncə insani mövqedir; həm insani, həm islami, həm də rəhmət dolu mövqedir. Buna görə də İran Qəzza xalqının yanında dayandı, onlara dəstək verdi ki, fələstinlilər azadlıqlarını bərpa etsinlər.”

Şeyx Cəid, düşmənlərin İran İslam Respublikasının qarşısındakı uğursuzluğuna işarə edərək dedi: “İran İslam Respublikası bu müharibədən qalib və başıuca çıxdı. Biz də İranın qələbəsinə görə başımızı dik tuturuq. Ona görə də Həzrət Peyğəmbərin (s) mövludunun 1500 illiyində Ona xitabən deyirəm: “Ey mövlam, ey Allah Rəsulu! Siz kədərlisiniz, çünki ümmətiniz istədiyiniz kimi davranmadı. Amma bu ümmətdə bir qalıq var ki, Sizin mübarək mövludunuzun 1500 illiyini izzət, şərəf və başucalığı ilə dirçəldə bildi və ümməti parçalamaq istəyən Amerika–Qərb–sionist layihəsinə qarşı çıxdı.”

kod

4304843

captcha