“İQNA”-nın “əl-Mənar”a istinadla verdiyi xəbərə görə, Livan Hizbullahının baş katibi Şeyx Nəim Qasim Seyid Həsən Nəsrullah və Seyid Haşim Səfiyyəddinin şəhadətinin birinci ildönümü münasibətilə çıxışında Seyid Həsən Nəsrullah barədə deyib:
– Sən bu məşhur kəlamın sahibisən: “Məğlubiyyət dövrləri bitdi, qələbə dövrləri başladı”. Həqiqətdə biz özümüzdə, həyatımızda və düşmənlərimiz üzərində böyük qələbələr dövründə yaşayırıq. Bizim mübarizəmizin nəticəsi ya qələbə, ya da şəhadətdir. Qələbə hər tərəfdən bizi əhatə edib. Bu, sən bizə öyrətdiyin bir dərsdir.
O əlavə edib: – Sən parlaq və nümunəvi müqavimət qurub işığını bütün bölgəyə və dünyaya yaydın, bölgənin simasını və istiqamətini dəyişən böyük təsirlər buraxdın. Bu müqavimət bütün dünyaya, hər bir izzətli və şərəfli insana, vicdan sahibi hər kəsə yayıldı. Sən millətin və dünyanın şəhidlərinin sərvərisən. Sən dünyadakı azad insanlara ilham verən beynəlxalq müqavimətin rəhbərisən. Sən bütün zamanların və məkanların rəhbərisən.
Baş katib sözlərinin davamında deyib: – Onlar sənin cismini öldürdülər, amma ruhun azad oldu. Sən əbədi olaraq Allah yanında dirisən. Sən aramızda olduqca onlar arxayın olmayacaq, qələbə qazana bilməyəcəklər. Sənin övladların və əzizlərin əhd-peymanlarına sadiqdirlər.
O, çıxışının başqa bir hissəsində deyib: – Seyid Həsən Nəsrullahın şəhadətindən bir il keçib və bu müddət ərzində biz İsrailin planlaşdırdığı, Amerika və avropalı müstəbid güclərin dəstəklədiyi və heç bir sərhəd tanımayan böyük bir dünya müharibəsi ilə üzləşdik. Bu müharibənin məqsədi bütün bölgədə müqaviməti sona çatdırmaq idi ki, İsrail yaşaya bilsin, genişlənsin və istədiyi hər şeyi ələ keçirsin.
Baş katib əlavə edib: – İsraillilər rəhbərləri öldürdülər, müxtəlif yerlərdə imkanları zəiflətdilər və böyük əməliyyatlar həyata keçirdilər. Əgər bu hadisələr bir neçə gün ərzində hər hansı bir orduya, ölkəyə və ya hətta bir neçə ölkədən ibarət qrupa qarşı baş versəydi, o ordular və ölkələr dağılardı. İsraillilər Hizbullaha bu ağır zərbəni endirməklə bizim çökəcəyimizi gözləyirdilər, lakin biz təşəbbüsü ələ aldıq, yeni baş katib seçdik, şəhidlərin yerini yeni rəhbərlərlə dolduraraq rəhbərliyi yenidən qurduq və döyüşə davam etdik.
Şeyx Nəim Qasim vurğulayıb: – İsrail Amerika dəstəyi ilə təcavüzünü davam etdirdi və Amerika siyasi məqsədlərinə nail ola bilmədikdən sonra bütün siyasi təzyiqlərdən istifadə etdi, lakin biz təslim olmadıq. Onlar hərbi, siyasi və ictimai təzyiqlərə əl atdılar, müqaviməti məğlub etmək üçün bütün vasitələrdən istifadə etdilər. Bununla belə, müqavimət ayaqda qala bildi və yoluna davam etdi.
O əlavə edib: – Biz meydanda qala bildik, lakin onlar siyasi məqsədlərinə çata bilmədilər. Mən Amerikaya, İsrailə və Livana dair həqiqi məqsədləri görməzlikdən gələnlərə deyirəm: Onlar Barakın bu barədə dediklərinə qulaq asmalıdırlar. Barak dedi ki, İsrailin Livanın 5 nöqtəsində mövcudluğu var və oradan geri çəkilməyəcək. O dedi ki, əgər hökumət sabitlik yaratmaq istəyirsə, Hizbullahı tərksilah edəcəyini elan etməlidir. Barak dedi ki, Amerika Hizbullahla üz-üzə gəlmək üçün müdaxilə etməyəcək və İsrail bu işi davam etdirəcək. Barak dedi ki, Hizbullah bizim düşmənimizdir, necə ki, İran bizim düşmənimizdir və biz bu ilanların başını kəsməli, onların maliyyələşməsinin qarşısını almalıyıq. Bu, Hizbullahı dayandırmağın yeganə yoludur.
Hizbullahın baş katibi vurğulayıb: – Əvvəldən mənzərə bizim üçün aydın idi, amma Barakın sözlərindən sonra daha da aydın oldu. Biz bunu Amerikaya dair məqsədlərdən şübhələnənlərə də göstərə bilərik. Hizbullah olaraq mövqeyimizi belə xülasə edə bilərik: Biz İsrail və Amerikanın Livana qarşı təhdidini müqavimət və Livan üçün mövcudiyyət təhdidi hesab edirik.
O bildirib: – Tərksilah İsrailin istəklərinə cavab olaraq qüvvənin tərksilah edilməsi və onun hədəflərinə çatması deməkdir. Biz tərksilaha icazə verməyəcəyik və onlarla Kərbəla mübarizəsi kimi qarşılaşacağıq, çünki biz mövcudiyyət savaşındayıq və bunu bacara bilərik.
Hizbullahın baş katibi Livandakı siyasi hadisələrlə bağlı bildirdi: “Biz Taif sazişinin icrasını tələb edirik; həmin sənəddə bütün lazım olan tədbirlərin İsrailin işğalından bütün Livan ərazilərinin azad edilməsi üçün görülməsi nəzərdə tutulurdu. İlk növbədə azadlığa bütün vasitələrlə, o cümlədən müqavimətin köməyi ilə nail olunması, həmçinin Livan ordusunun əsas rolunun olması vacibdir. Bu gün hələ də Taif sazişində icra edilməli məqamlar var. Taif sazişinin islahatlarının 35 illik gecikməsi kifayətdir. Biz bu sazişin icrasını, millətə əsaslanan və qeyri-sektarian parlament seçkisini və bütün dini qrupların təmsil olunacağı, səlahiyyətləri isə yalnız həyati məsələlərlə məhdudlaşdırılmış Senatın yaradılmasını tələb edirik”.
O əlavə etdi: “Bu ölkəni qorumaq üçün birlikdə dayanmalıyıq. Biz Livan ordusunu əsl düşmənlə mübarizədə və xalqın yanında dayanmasında dəstəkləyirik. İnşallah, biz həmişə onun yanında olacağıq”.
Şeyx Nəim Qasim çıxışının son hissəsində Fələstinlə bağlı dedi: “Fələstin məsələsi əsas məsələdir və düşmən İsraildir — hər kəs üçün əsas təhdiddir. Bu gün Fələstində bir soyqırım baş verir ki, Fələstin məsələsinə son qoyulsun və bütün regionun sonu açılmış olsun. Bu soyqırıma qarşı biz Fələstin xalqının və Fələstin müqavimətinin göstərdiyi böyük cəsarətə və dözümlülüyə şahid oluruq”.
O, sonda bildirdi: “Müqavimətin və regiondakı dəstəkçilərinin, həmçinin yaralılara və zərərçəkənlərə salam olsun. Sizə deyirəm: Bu torpaq — oğullarınızın qanı ilə sulanmış bu torpaq — düşmənləri, sionistləri və düşmənləri qovacaq və yalnız öz xalqına məxsus olacaq.
4307389