IQNA

Ukraynanın ictimai kitabxanasına Quran tərcüməsinin hədiyyə edilməsi

10:34 - September 29, 2025
Xəbər sayı: 3498942
İQNA - Ukraynanın Odessa şəhərində yerləşən “əl-Məsar” İslam Mədəniyyət Mərkəzi tərəfindən Quranın ukrayna dilinə tərcüməsinin bir nüsxəsi bu ölkənin “Mixailo Qruşevski” regional ictimai kitabxanasına hədiyyə olunub.

“İQNA”-nın “muslimsaroundtheworld” saytına istinadən verdiyi xəbərə görə, Odessadakı “əl-Məsar” İslam Mədəniyyət Mərkəzinin nümayəndə heyəti mədəni və dini dialoqun təşviqi istiqamətində Ukraynanın “Mixailo Qruşevski” regional ictimai kitabxanasını ziyarət edib və bu görüşdə gələcəkdə ikitərəfli əməkdaşlıq imkanları müzakirə olunub.

Mərkəzin nümayəndə heyəti bu görüşdə yeni nəşrlərdən ibarət bir toplunu, o cümlədən Quranın ukrayna dilinə tərcüməsini və “İslam Mədəniyyəti Atlası” adlı yeni elmi-mədəni kitabı “Mixailo Qruşevski” kitabxanasına təqdim edib.

Mərkəz rəhbərləri bildiriblər ki, bu addım İslam haqqında düzgün biliklərin dəstəklənməsi və Ukrayna cəmiyyətində mədəniyyətlər və dinlərarası əlaqələr üçün yeni üfüqlərin açılması çərçivəsində atılıb.

Onlar həmçinin ümid etdiklərini ifadə ediblər ki, “Mixailo Qruşevski” kitabxanasına hədiyyə edilən bu nəşrlər və əsərlər qarşılıqlı anlayışın dərinləşməsinə və səmərəli dialoqun dairəsinin genişlənməsinə töhfə verəcək.

Görüşdə elmi əməkdaşlığın gücləndirilməsi vurğulanıb və gələcəkdə kitabxananın yeni kitablarla, xüsusilə də “Ukrayna dilində Nəbəvi Sire” kitabı ilə təmin olunması məsələsi müzakirə edilib.

4307268

captcha