“İQNA”-nın “əl-Qahira 24” saytına istinadən verdiyi xəbərə görə, Tommaso Bortolazzi adlı italiyalı fəal və “Maria Kristin” gəmisinin kapitanı – Qəzza mühasirəsini yarmaq məqsədilə yola çıxmış donanmanın üzvü – İsrail işğal qüvvələri tərəfindən həbs edildikdən sonra İslam dinini qəbul edib.
Tommaso Bortolazzi azadlığa çıxdıqdan və Türkiyəyə daxil olduqdan sonra sosial şəbəkələrdə geniş yayılan bir videoda, donanmadakı türk fəallardan biri ilə birlikdə, İsrail zindanında İslamı qəbul etdiyini bildirib.
Həbsxanada baş verən hadisənin təfərrüatları
Videoda həmin türk fəal zindanda onunla Tommaso arasında baş verən təsirli anları belə nəql edib:
“Sübh namazı vaxtı işğal qüvvələri kameralara hücum etdilər, amma Tommaso (Tami) onlara qarşı durdu və bizə hücum etmələrinə mane oldu. O, namaz vaxtı bizimlə birlikdə oturdu. Biz namazı ucadan qıldıq ki, bütün zindan boyu səslərimiz eşidilsin.”
O əlavə edib: “Zindan maşınında yanaşı oturmuşduq. Ondan soruşdum: “Heç İslam haqqında oxumusanmı?” Cavab verdi ki, bəli, o katolikdir, dindar bir ailədən gəlir və bədənində döymələri var. Sonra soruşdu: “Əgər müsəlman olsam, Allah məni qəbul edərmi?”
Şəhadət kəlməsini demə anı
Türk fəal həmin anları duyğulanaraq belə təsvir edib: “Ona dedim ki, Allah mərhəmətlidir və Ona iman gətirən hər kəs üçün tövbə qapısı açıqdır.
Tommaso tərəddüd etmədən zindan maşınında şəhadət kəlməsini dedi və oradakı bütün məhbusların sevinci və göz yaşları içində İslamı qəbul etdiyini elan etdi.
O, sözünə belə davam etdi: “Həmin an hamımız onu qucaqladıq, amma bu səhnə işğalçı qüvvələri qəzəbləndirdi. Onu dərhal çıxarıb təkadamlıq kameraya saldılar”. O anda dedim: “Tami İslama girməyin bədəlini ödəyir.”
4309141