“İQNA”-nın “Əl-Aləm”ə istinadən verdiyi xəbərə görə, Fələstin İslam Müqavimət Hərəkatının (Həmas) nümayəndəsi Xalid Qədumi çərşənbə günü İmam Xomeyni (r.ə) Hüseyniyəsində keçirilən “Həmrəy İran” adlı milli tədbirdə çıxış edərək, Qəzza xalqına və Fələstin müqavimətinə verdiyi dəstəyə görə İranın rəhbəri, xalqı və dövlətinə təşəkkürünü bildirib.
Qədumi “Tufanul-Əqsa” əməliyyatının ildönümünü yad edərək, bu əməliyyatı “möminlərin izzət günü və sionist rejimin məhvinin başlanğıcı” adlandırıb və deyib:
“İranın rəhbəri Seyid Əli Xameneiyə, həmçinin əziz və şanlı İran xalqına təşəkkür edirəm ki, onlar həmişə məzlumların, Qəzza, Livan və Yəmən xalqlarının yanında olublar. Sizin pak və dəyərli qanınız fələstinlilərin qanı ilə qarışıb. Siz müqavimətin və regionun gələcəyində şəriksiniz.”
Fələstin İslam Müqavimət Hərəkatının nümayəndəsi daha sonra şəhid Həsən Nəsrullahın xatirəsini anaraq, onu “Fələstinin və Tufanul-Əqsa əməliyyatının həqiqi mənada şəhididir” – deyə səciyyələndirib və əlavə edib: “Biz narahat deyilik. Şəhid İsmayıl Haniyənin ifadəsi ilə desək, hər dəfə bir kişi yıxılanda, başqa bir kişi onun yerindən qalxacaq. Düşmən elə zənn edir ki, terrorla yolu dəyişə bilər, amma bu gün biz ayaqdayıq və bu yol Fələstinin və Məscidül-Əqsanın tam azadlığına qədər davam edəcək.”
4309440