IQNA

Qazaxıstanın yeraltı məscidləri YUNESKO-nun irs siyahısına daxil edildi

10:29 - October 11, 2025
Xəbər sayı: 3499009
İQNA - Qazaxıstanın Manqistau vilayətinin hakimi bildirib ki, YUNESKO bu bölgədə yerləşən beş tarixi yeraltı məscidin adını Ümumdünya Mədəni İrs Siyahısına daxil edib.

“İQNA”-nın “Astana Times”-a istinadən verdiyi xəbərə görə, Manqistau (Mangystau) bölgəsində yerləşən Beket Ata, Karaman Ata, Şakpak Ata, Şopan Ata və Sultan Epe məscidlərinin adları, 2021-ci ildə ilkin siyahıya salındıqdan sonra, bu yaxınlarda YUNESKO tərəfindən Ümumdünya Tarixi İrs Siyahısına əlavə edilib.

2021-ci ildən etibarən Qazaxıstanın Mədəniyyət və İnformasiya Nazirliyi, Parisdəki YUNESKO-nun mərkəzi ofisinə göndərilən elmi sənədlərin və layihələrin hazırlanmasına nəzarət edib. Bundan əlavə, qorunan ərazilər müəyyənləşdirilib, məlumat köşkləri quraşdırılıb və foto-video materiallar hazırlanıb.

Beynəlxalq Tarixi Abidələr və Görməli Yerlər Şurasının (ICOMOS) texniki qiymətləndirmə heyətinin nümayəndələri, namizədlik prosesini müzakirə etmək üçün Manqistau hakimi Nurdölet Kilibay ilə görüşüblər.

Kilibay deyib: “Manqistau zəngin tarixə malik bir bölgədir. Bu bölgə yeraltı məscidlərə, qədim qəbiristanlıqlara və türbələrə ev sahibliyi edir ki, bunlar da mühüm memarlıq abidələridir.” O əlavə edib: “Mədəni İrs İdarəsi bu tarixi abidələrin qorunması üçün genişmiqyaslı işlər görüb. Nəticədə beş yeraltı məscid YUNESKO-nun ilkin siyahısına daxil edildi. Bu abidələrin Ümumdünya İrs Siyahısına salınması yalnız xalqımızın tarixi dəyərlərini qorumağa deyil, həm də ölkənin mədəni və iqtisadi inkişafına təkan verəcək.”

Kilibay sonda vurğulayıb ki, bütün sonrakı işlər beynəlxalq standartlara uyğun şəkildə həyata keçiriləcək.

Qazaxıstan Prezidenti ölkənin Üçüncü Milli Qurultayında yeraltı məscidlərin YUNESKO-nun Ümumdünya İrs Siyahısına namizəd kimi təqdim olunması barədə göstəriş verib. Gələcəkdə Qazaxıstanın orta əsr məscid memarlığı nümunələri, türbələri və müasir memarlıq əsərləri beynəlxalq səviyyədə tanıdılacaq.

Qazaxıstan dünyanın dənizə çıxışı olmayan ən böyük, ümumilikdə isə sahəsinə görə doqquzuncu ölkəsidir (2.724.900 kvadrat kilometr). Ölkə qərbdə Xəzər dənizindən başlayaraq şərqdə Çin və Rusiya ilə sərhəddə yerləşən Altay dağlarına qədər uzanır. İslam Qazaxıstanda ən böyük dindir və əhalinin 70 faizindən çoxu müsəlmandır.

 
ثبت  مساجد زیرزمینی قزاقستان در فهرست ميراث يونسكو
 
ثبت  مساجد زیرزمینی قزاقستان در فهرست ميراث يونسكو
 
ثبت  مساجد زیرزمینی قزاقستان در فهرست ميراث يونسكو
 
ثبت  مساجد زیرزمینی قزاقستان در فهرست ميراث يونسكو

4307729

captcha