IQNA

Əl-Əzhər Qurani-Kərimin tədrisi üçün mobil tətbiq istifadəyə verdi

11:14 - October 11, 2025
Xəbər sayı: 3499010
İQNA - Əl-Əzhərə tabe mərkəzlər şöbəsinin təşəbbüsü ilə Qurana xidmət məqsədilə Qurani-Kərimin tədrisinə aid mobil tətbiq istifadəyə verilib.

“News Room”-un məlumatına görə, “Qurani-Kərimin Elektron Qarisi” adlı bu tətbiq Əl-Əzhərin şeyxi Əhməd ət-Tayyibin dəstəyi və Əl-Əzhərin müavini Məhəmməd Əbdürrəhman əz-Zuveyninin nəzarəti altında istifadəyə verilib. Layihə Əl-Əzhərin müasir texnologiyalardan Qurana və onun tədrisinə xidmət istiqamətində faydalanmaq siyasətinin bir hissəsidir.

Əl-Əzhərə tabe müəssisələrin proqramlaşdırma mütəxəssislərindən ibarət bir qrup bu tətbiqi hazırlayıb. Proqram xüsusilə şagirdlər və müəllimlər üçün Qurani-Kərimi düzgün tələffüzlə oxumağı asanlaşdırmaq məqsədilə hazırlanıb.

Əl-Əzhərin Qurani-Kərim işləri üzrə Baş İdarəsi tətbiqin texniki baxışını həyata keçirib ki, tilavətin düzgünlüyü, məzmunun etibarlılığı, təcvüd qaydalarına uyğunluğu və Quranın səsləndirilməsində dəqiqlik təmin olunsun.

Bu tətbiq Qurani-Kərimin aydın və düzgün tilavətini təmin edən səmərəli bir tədris vasitəsidir və Əl-Əzhər müəssisələri daxilində və xaricində Quran tədrisinin inkişafına kömək edəcək.

Layihə Əl-Əzhərin dini təhsildə müasir texnoloji vasitələrdən istifadənin gücləndirilməsinə olan sadiqliyinin göstəricisidir. Bu da İslamın doğru dəyərlərinin möhkəmlənməsinə, həmçinin Qurani-Kərimin əzbərlənməsi və düzgün oxunuşunun asanlaşmasına xidmət edəcək.

4308001

captcha