“İQNA”-nın “əl-Əhd” agentliyinə istinadla verdiyi xəbərə görə, Livan Hizbullahının baş katibi Şeyx Nəim Qasim cümə axşamı gecəsi yaydığı bəyanatda vurğulayıb: Qəsbkar İsrail və təkəbbürlü Amerika heç vaxt bizi məğlub edə bilməyəcəklər.
O, bu bəyanatında “İmam Mehdi (ə.c)” kəşfiyyat təşkilatının (İmam Mehdi (ə.f) kəşfiyyatçıları cəmiyyəti) üzvlərinə xitabən deyib: “Sizinlə birlikdə, ən yüksək fədakarlıqla bütün çətinliklərə qarşı mübarizə aparacağıq və Uca Allahın izni ilə bayrağımız daim uca qalacaq”.
Şeyx Qasim sözlərinə belə davam edib: “Sizin – İmam Mehdi (ə.c) kəşfiyyatçılarının – iştirakı ilə Fələstin və Qüds daim haqq yolu olacaq, yolumuz isə bölgəyə və bəşəriyyətə xeyir və səadət gətirəcək”.
Hizbullahın baş katibi əlavə edib: Sizinlə birgə, qəsbkar İsrail və təkəbbürlü Amerika heç vaxt bizi məğlub edə bilməyəcəklər. Çünki Livan torpağı şəhidlərin qanı ilə sulanıb ki, vətənimizdə azad, müstəqil və başıuca şəkildə yaşayaq, var olaq və həyatımıza davam edək.
Sonda Şeyx Qasim qeyd edib: İmam Mehdi (ə.f) kəşfiyyat təşkilatı gənc nəsli ali tərbiyə nümunəsinə yönəldən bir nurdur. Sizinlə birlikdə qalib gələcəyik ki, insanın və torpağın azadlığı ilə müşayiət olunan ümumi bir sülh bərqərar olsun.
Qeyd: “İmam Mehdi (ə.f) kəşfiyyatçıları cəmiyyəti” Hizbullahın mədəni qurumu tərəfindən birbaşa nəzarət olunur və Livanın müxtəlif bölgələrində, xüsusilə cənubda və Beyrutun cənub ətraflarında fəal şəkildə fəaliyyət göstərir.
4311135