IQNA

Pakistan şiələrinin rəhbəri:

Qəzza sülh razılaşması nümayiş xarakterlidir və sionistlərin dağıdıcı maşını hələ də işləyir

10:12 - October 18, 2025
Xəbər sayı: 3499049
İQNA - Pakistan şiələrinin rəhbəri, alim Seyid Sacid Əli Nəqəvi, imperialist və sionist güclərdən xeyir gözləməyin mümkün olmadığını vurğulayaraq bildirib ki, “sülh” adı ilə təbliğ olunan razılaşmalar yalnız zahiri və nümayiş məqsədli maddələrdə icra olunub.

“Əl-Əhd”-in verdiyi xəbərə görə, “Camiətul-Mustəfa əl-Aləmiyyə”nin təşkilatçılığı ilə İslamabaddakı “əl-Kövsər” məscidində keçirilən “İmam Seyid Əli Xameneinin baxışları işığında Biz və Qərb” adlı konfransda çıxış edən alim Seyid Sacid Əli Nəqəvi deyib: “İmperialist və sionist güclər heç vaxt xeyir və ədalət mənbəyi olmayıblar. Bu gün ‘sülh razılaşması’ kimi təqdim olunan sənədlər, əslində, yalnız formal bəndlərdən ibarətdir və meydandakı reallıqlarda heç bir dəyişiklik yaratmayıb.”

O əlavə edib: “Son zamanlar haqqında danışılan razılaşma yalnız iki maddədə – əsir və cəsədlərin mübadiləsi məsələsində – qismən icra olunub, halbuki müharibə və dağıntı maşını fasiləsiz işləməyə davam edir. Necə etibar etmək olar elə razılaşmalara ki, onların idarəsi ‘sülh’ adı altında qətl və dağıntını davam etdirən güclərin əlindədir?”

Alim Nəqəvi Qurani-Kərimdəki istibdada dair xəbərdarlıqlara işarə edərək deyib: “Qurani-Kərim on dörd əsr əvvəl imperializmin simasını aşkar etmiş və müstəbidləri o kəslər kimi təqdim etmişdir ki, hər dəfə bir torpağa daxil olduqda onu xaraba qoyar, insanları qətlə yetirər və sivilizasiyaları məhv edərlər. Bu gün gördüyümüz yeni müstəmləkəçilik və işğalçılıq həmin qədim istibdadın yeni simasıdır.”

O, sionist rejiminin Fələstində yaranma tarixini xatırladaraq vurğulayıb: “Sionistlər müstəmləkəçilərin əli ilə Fələstin torpaqlarında əkilmişlər ki, qeyri-legitim bir varlıq yaratsınlar. Pakistanın banisi Məhəmməd Əli Cinnah bu reallığı ‘Yaxın Şərqin qəlbinə sancılmış xəncər’ adlandırmışdı.”

Pakistan şiələrinin rəhbəri sonda deyib: “Dünya ‘sülh razılaşmasını’ qeyd edərkən, Fələstin xalqı yenidən Rəfah keçidinin bağlanması, humanitar yardımların azalması və bombardmanların bərpası təhlükəsi ilə üz-üzə qalıb.”

4311265

captcha