“Oman Daily” qəzetinin məlumatına görə, bu proqram şənbə günü, oktyabrın 26-da, Oman Qadınlar Günü münasibətilə və Şəymə bint Ğalib bin Xalid Əl Səidin nəzarəti altında təşkil olunub. Tədbirin məqsədi qadınların Qurana olan diqqət və qayğısındakı qabaqcıl rolunu qeyd etmək, Quran fəaliyyəti ilə məşğul olan qadınlara dəstək vermək və onların cəmiyyətdəki dəyərli mövqeyini təqdir etmək idi.
Qurana Qayğı Cəmiyyətinin qadınların Qurani və tədris fəaliyyətlərində iştirakını gücləndirmək istiqamətindəki səylərinin əhəmiyyəti də bu günün əsas mövzularından biri olub.
Qadınların Qurani Günü sübh namazından sonra başlayıb və gecənin gec saatlarına qədər davam edib. Tədbir mənəvi və səmimi bir atmosferdə keçib və Omanın müxtəlif vilayətlərindən çox sayda Quran müəllimləri, hafizlər və Quran elmlərinə maraq göstərən qadınlar orada iştirak ediblər.
Proqrama ümumilikdə 181 nəfər qatılıb. Onlar 92 müəllim və nəzarətçinin rəhbərliyi altında 98 Quran halqasında Qurani-Kərimi əzbərdən tam şəkildə, həmçinin 15 cüz, 10 cüz və 5 cüz olmaqla müxtəlif mərhələlərdə xətm ediblər.
Tədbirdə iştirak edənlərin ən gənci 12 yaşında, ən yaşlısı isə 65 yaşında olub. Günün sonunda proqram mənəviyyatla dolu bir atmosferdə birgə dua ilə başa çatıb.
Qurani-Kərim hafizləri bu Qurani və Qadınlar Gününə təsadüf edən tədbirdə iştirak etdikləri üçün sevinc və minnətdarlıqlarını ifadə ediblər.
İştirakçılar həmçinin qadınlara xüsusi Qurani proqramların təşviqində və qadın hafiz və müəllimlər üçün dəstək mühitinin yaradılmasında mühüm rol oynayan Oman Qurana Qayğı Cəmiyyətinə təşəkkür ediblər. Bu fəaliyyətlərin gələcəkdə Quran dəyərləri və möhkəm inamlarla yetişən bir nəsil formalaşdırmaqda böyük əhəmiyyət daşıdığı vurğulanıb.
4311614