IQNA

Timbuktu məscidinin tikilməsinin 700 illiyi qeyd olundu

10:23 - October 21, 2025
Xəbər sayı: 3499067
İQNA - Mali ölkəsinin Timbuktu şəhərinin yüzlərlə sakini, Cingarey Ber məscidinin tikilməsinin 700 illiyini qeyd etmək üçün mərasim təşkil edib.

“Africanews”-in verdiyi xəbərə görə, Mali müsəlmanlarından yüzlərlə nəfər, tarixi Timbuktu şəhərinin mərkəzində hər il keçirilən ənənəvi tədbirdə bir araya gələrək, “Cingarey Ber” məscidinin divarlarını “banko” adlanan ənənəvi palçıqla bərpa ediblər. Bu məscid 1325-ci ildə Mali imperatoru Mansa Musanın əmri ilə inşa olunub və bu il öz tikilməsinin 700 illiyini qeyd edir.

Cingarey Ber məscidi Afrikada istifadədə olan ən qədim palçıqdan tikilmiş abidələrdən biri sayılır və onun özünəməxsus memarlığına görə 1989-cu ildə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Lakin 2012-ci ildə Timbuktu-nun silahlı radikal qruplar tərəfindən işğalı zamanı tarixi abidələrə zərər dəydiyi üçün bu məscid və bir neçə başqa abidə “Təhlükə altındakı Ümumdünya İrsi” siyahısına salınıb.

Timbuktu ənənəvi bənna assosiasiyasının sözçüsü Bilal Məhəmməd Traore deyib: “Bu ilki mərasim bizim üçün xüsusi əhəmiyyət daşıyır, çünki məscidin tikilməsinin 700 illiyi ilə üst-üstə düşür. Biz məscidin möhkəmliyini və davamlılığını qorumaq üçün qədim ənənəvi mərasimi həyata keçiririk.”

 

برپایی جشن هفتصدمین سالگرد ساخت مسجد تیمبوکتو / اماده

Timbuktu Regional Şurasının sədri İsakə Nazım isə bildirib: “Bu mərasim təkcə dini və tarixi deyil, həm də mədəni və ictimai hadisədir. Qadınlar, gənclər və yaşlılar hamısı bu tədbirdə iştirak edirlər. Bu, gələcək nəsillərin də öz irslərini tanımaları və onlara öyrədilməsi üçün bir fürsətdir.”

Təşkilatçılar bildirirlər ki, ənənəvi bərpa mərasiminin məscidin 700 illik yubileyi ilə eyni vaxta düşməsi, Timbuktu xalqının öz kimliklərini və imanlarını qorumaqda göstərdikləri müqavimət və sədaqətin rəmzidir.

Bu qədim şəhərin insanları əsrlərdir öz əlləri ilə tarixlərini və imanlarını yaşadırlar.

4310683

captcha