IQNA

Ben-Qvir: “Zəhran Məmdaninin qələbəsi bir rüsvayçılıq ləkəsidir”

15:08 - November 06, 2025
Xəbər sayı: 3499160
İQNA - İsrail rejiminin daxili təhlükəsizlik naziri bildirib ki, Zəhran Məmdaninin Nyu-York meri seçilməsi əbədi bir rüsvayçılıq ləkəsidir və bu hadisə göstərir ki, yəhudi düşmənçiliyi sağlam düşüncəyə qalib gəlib.

“İQNA”-nın “Brasa” agentliyinə istinadla verdiyi xəbərə görə, İsrailin daxili təhlükəsizlik naziri İtmar Ben-Qvir deyib: “Zəhran Məmdaninin Nyu-York meri seçilməsi əbədi bir rüsvayçılıqdır və bu, yəhudi əleyhinə düşüncənin sağlam ağıl üzərində üstünlük qazandığını göstərir.”

Ben-Qvir Məmdanini “Həmas tərəfdarı, İsrailin düşməni və yəhudi düşməni” adlandırıb və əlavə edib:

“Mən də Nyu-Yorkdakı yəhudilər kimi bu dəyişikliyə görə narahatam.”

O həmçinin bildirib: “Biz bütün gücümüzlə öz düşmənlərimizlə mübarizəni davam etdirəcəyik və İsrailə nifrət bəsləyənlərə heç bir əhəmiyyət verməyəcəyik.”

Məmdani, Demokratlar Partiyasının namizədi kimi, Nyu-York meri seçkilərində tarixi bir qələbə qazanıb. O, ABŞ-ın ən çox əhalisi olan şəhərinin ilk müsəlman meri və son yüz ildən artıq müddətdə ən gənc meri olub.

İsrail mənbələri hesab edir ki, Məmdaninin – İsrailin bəzi siyasətlərinin tənqidçisi və fələstinlilərin hüquqlarının müdafiəçisi kimi tanınan bir şəxsiyyətin – qələbəsi, Nyu-Yorkdakı yəhudi icmasının mövqeyi üçün ciddi bir çağırışdır. Bu icma İsraildən kənarda yaşayan ən böyük yəhudi icması hesab olunur.

4315093

Teqlər: israil ، nyu-york ، nazir ، seçkilər
captcha