“İQNA”-nın “Məəkum24” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu təşəbbüsdə iştirak edənlər bildiriblər ki, məqsəd qadın idmançılara azad şəkildə idmanla məşğul olmaq hüququnu qorumaq və Fransanın idman qurumlarında dini və mədəni ayrı-seçkiliyin bütün formalarına qarşı mübarizə aparmaqdır.
Bu kampaniya Fransada ictimai və idman məkanlarında hicabın qadağan olunması ilə bağlı davam edən müzakirələr çərçivəsində keçirilir. Fəallar tələb edirlər ki, bütün qadın idmançılar üçün dini inanclarına görə istisnasız bərabərlik və bərabər imkanları təmin edən inklüziv siyasət həyata keçirilsin.
Dini azadlıq tələblərinin artması fonunda insan haqları müdafiəçiləri bildiriblər ki, bu qadağalar ləğv edilməlidir, çünki qadınları onlara məxsus bir sahədən uzaqlaşdırır. Bu narahatlıqlar qlobal miqyasda da diqqət çəkib – elə ki, Finlandiyada da yaxınlarda Fransanın siyasəti “müsəlman qadın idmançıların ədalətsiz şəkildə kənarlaşdırılması” səbəbilə tənqid olunub.
2024-cü ildə Paris Olimpiadası ilə eyni vaxtda Fransa hökuməti bəyan etdi ki, ölkənin idmançı qadınları yarışlar zamanı islam hicabı taxmaqdan məhrum ediləcəklər. İnsan haqları təşkilatları və tanınmış idman simaları bu qərarı “cinsiyyətçi və irqçi ayrı-seçkilik” adlandıraraq pisləsələr də, Fransa hökuməti qərarında israrlı qaldı və bu məhdudiyyəti futbol, basketbol və voleybol kimi idman növlərinə – həm peşəkar, həm də həvəskar səviyyədə – şamil etdi.
4316297