IQNA

Wall Street Journal yazdı

Qəzza müharibəsi: Amerika şirkətləri üçün yüksək gəlirli bir “biznes”

10:40 - November 15, 2025
Xəbər sayı: 3499213
İQNA - Wall Street Journal qəzetinin məlumatına görə, Qəzza müharibəsi ABŞ silah şirkətləri üçün nəhəng bir anlaşmaya çevrilib və onlara misilsiz qazanc gətirib.

“İQNA”-nın xəbərinə əsasən, hesabatda bildirilir ki, son aylar ərzində Amerika şirkətləri İsrail rejiminə silah satışından milyardlarla dollar əldə ediblər. Vaşinqton 2023-cü ilin oktyabrından bəri bu rejimə 32 milyard dollardan çox dəyərdə silah satışına razılıq verib; bu rəqəm illik adi hərbi yardımların bir neçə qatıdır.

Bu həcmdə satış ABŞ-dan İsrail rejiminə misilsiz bir hərbi təchizat xətti yaradıb və silah istehsalı ilə məşğul olan şirkətlər üçün davamlı, böyük miqyaslı gəlir axınını təmin edib. Hesabata görə, bu anlaşmaların əsas maliyyə yükünü isə Amerika vergi ödəyiciləri daşıyır.

Wall Street Journal qeyd edir ki, ABŞ-ın İsrail üçün hərbi büdcəsi illik 3,3 milyard dollardan 6,8 milyard dollara yüksəlib; bu məbləğə dolayı hərbi və logistika dəstəkləri daxil deyil.

4316820

captcha