“İQNA”-nın “Afrika Press”-ə istinadən verdiyi məlumata görə, Moqadişunun çoxsaylı sakinləri bu tədbirdə iştirak ediblər və Somalinin tanınmış alimi və qarisi Şeyx ƏbdürRəşid Şeyx Əli əs-Sufi tədbirdə çıxış edib.
Cümə günü 14 noyabr keçirilən bu toplantıda Qurani dəyərlər, insanlar arasında qardaşlıq, dini və sosial maarifləndirmənin gücləndirilməsi vurğulanıb. Şeyx Əbdür-Rəşid çıxışında dini dəyərlərə bağlanmağın və onları gündəlik həyatda tətbiq etməyin cəmiyyətdə sülh və dostluğun möhkəmlənməsi üçün mühüm olduğunu açıqlayıb.
O bildirib: “Bu dünyada xoşbəxtlik və səadət satın alınmır və ən bacarıqlı həkimlər belə onu insanların qəlbinə yerləşdirə bilməz. Bu, Allah-Taalanın iradəsi ilə, irq və milliyətə baxmadan möminlərin qəlbinə qoyduğu bir hidayətdir.”
Somalili alim əlavə edib ki, Allah Öz rizası üçün bir yerə toplaşıb dua edən bəndələrini sevir və Allah Sübhan hər şeyin sahibidir.
O, Somalili vətəndaşları Qurani-Kərimi qorumağa, tilavət etməyə, onu anlamağa və Quranın təlimlərini həyata keçirməyə üstünlük verməyə çağırıb. Həmçinin “Xeyirliniz Qurani öyrənən və öyrədən kəsdir” (hədisi-nəbəvi) kampaniyasının cəmiyyətin bütün təbəqələrində həyata keçirilməsinin vacibliyini qeyd edərək, Qurani öyrənmə və davamlı tilavətin təşviq olunmasını vurğulayıb.
Şeyx Əbdür-Rəşid din qardaşlığının nəsil və qohumluq bağlarından üstün olduğunu bildirərək, bağışlama, mərhəmət, düşmənçilikdən və ixtilafdan uzaq durmaq kimi dəyərlərə əməl etməyə çağırıb.
4317435