“İQNA”-nın “Əl-İttihad”a istinadən verdiyi xəbərə görə, bu festival 2025-ci il 19 noyabr tarixindən “Çıraq” şüarı ilə, Ali Şuranın üzvü və Şarcə hökmdarı Sultan bin Məhəmməd əl-Qasiminin nəzarəti altında başlayır və 70 gün davam edəcək.
Festivalın direktoru Məhəmməd İbrahim Qasir mətbuat konfransında bildirib ki, tədbir Şarcə İncəsənət Muzeyində keçiriləcək və 24 ölkədən 170 sənətkarın təqdim etdiyi 473 əsəri əhatə edən 114 tədbirdən ibarət olacaq.
O əlavə edib ki, bu mədəni və sənət tədbiri Şarcə hökmdarının incəsənəti mədəni mesaj daşıyıcısına çevirmək və bəşəriyyətin mahiyyətini əks etdirmək vizyonunu ortaya qoyur və dünyanın xalqları arasında mədəni əlaqə körpüsü rolunu oynayır.
Festivalın direktoru həmçinin qeyd edib ki, Şarcə İncəsənət Muzeyi, Şarcə Xəttatlıq Muzeyi, Xorfakkan Amfiteatrı, BƏƏ Ərəb Xəttatlıq və İslam Bəzəkləri Cəmiyyəti və digər məkanlarda 52 sərgi təşkil olunacaq.
O deyib: BƏƏ-dən başqa, İraq, Misir, Səudiyyə Ərəbistanı, Sudan, Suriya, Bəhreyn, Küveyt, Mərakeş, İordaniya, Oman və digər qeyri-ərəb və Afrika ölkələri də festivalda iştirak edəcək.
Məlumata görə, Şarcə festivalı “Beytül-Hikmə”, Şarcə Universitetinin İncəsənət və Dizayn Fakültəsi, Ərəb Fotoqraflar İttifaqı, Fotoqrafiya Cəmiyyəti və BƏƏ Təsviri İncəsənət Cəmiyyəti də daxil olmaqla Şarjahda fəaliyyət göstərən 26 qurumun əməkdaşlığı ilə bir sıra sərgilər, sənət emalatxanaları və seminarları da əhatə edəcək.
4317710