IQNA

Əl-Əzhər xarici tələbələrinin Quran tilavəti müsabiqələrinə böyük marağı

10:44 - November 22, 2025
Xəbər sayı: 3499258
İQNA - Əl-Əzhər Dünya Məzunları Təşkilatı “Gözəl Səslər” adlı Quran müsabiqəsinin keçirilməsi üçün Əbül-Əynin Xeyriyyə Fondunun əməkdaşlığı ilə tədbir təşkil edib və bu yarışlar müxtəlif millətlərdən olan Əl-Əzhər tələbələri tərəfindən böyük maraqla qarşılanıb.

“İQNA”-nın Sədyuləd”-ə istinadən verdiyi məlumata görə, bu müsabiqə Misirli və Misirdən olmayan Əl-Əzhər tələbələri üçündür və Əl-Əzhər Məzunları Dünya Təşkilatı ilə Əbu Əl-Əyneyn Xeyriyyə Fondu arasında mədəni proqramları dəstəkləmək və gənc və inkişaf etməkdə olan Quran istedadlarını izləmək üçün ikitərəfli əməkdaşlıq çərçivəsində keçirilir.

Əl-Əzhər Dünya Məzunları Təşkilatının Media İdarəsinin rəhbəri və müsabiqənin nəzarətçisi Səd əl-Mutəni bildirib ki, təşkilat Əl-Əzhər tələbələrinin Quran istedadlarını dəstəkləmək üçün “Gözəl Səslər” kimi təşəbbüslərlə fəaliyyət göstərir.

O əlavə edib ki, Şüeyşə Xeyriyyə Fondu ilə əməkdaşlıq bu təşkilatın həm xarici, həm də misirli Əl-Əzhər tələbələrini dəstəkləmək və onların qabiliyyətlərini Əl-Əzhərin nüfuzuna və bu mərkəzin elmi-mədəni missiyasına uyğun şəkildə nümayiş etdirmələri üçün şərait yaratmaq öhdəliyini göstərir.

Əl-Əzhər xarici tələbələrinin Quran tilavəti müsabiqələrinə böyük marağı

Bu yarışlar Misirdə “Şeyx Zayed” adlı Ərəb Dili Tədris Mərkəzində keçirilir və iki gün davam edəcək.

Əl-Əzhərdə fərqlənən səsə malik tələbə və məzunların müəyyən edilməsi, onların yaradıcı tilavətə təşviq edilməsi, eləcə də Əl-Əzhərin orta yol və mütədillik mesajının yayılması kimi hədəflər bu tədbirin əsas məqsədləri kimi göstərilib.

Müsabiqə müxtəlif millətlər tərəfindən böyük rəğbətlə qarşılanıb və gənc, yeni Quran tilavəti istedadlarının tanınması və dəstəklənməsi, habelə Əl-Əzhər Dünya Məzunları Təşkilatının yerli və beynəlxalq nüfuzunun gücləndirilməsi istiqamətində mühüm addım sayılır.

Qeyd edək ki, Əbül-Əynin Fondu Mısirdə “Kleopatra” qrupunun təşəbbüsü ilə 2001-ci ildə təsis edilmiş müstəqil sosial və xeyriyyə təşkilatıdır.

Fond indiyədək Misir cəmiyyətini dəstəkləmək məqsədilə bir çox səhiyyə, təhsil və sosial layihələr həyata keçirib.

4317905

captcha