IQNA

Almaniya səfirinin Həzrət Abbas (ə) Ziyarətgahına səfəri

3:13 - December 04, 2025
Xəbər sayı: 3499339
İQNA - İraqdakı Almaniya səfiri Həzrət Abbas (ə) Ziyarətgahını ziyarət edərək, bu ziyarətgahın zəvvarlara və cəmiyyətin digər üzvlərinə göstərdiyi xidmətləri yüksək qiymətləndirib.

“İQNA”-nın “Əl-Kəfil”ə istinadla verdiyi xəbərə görə, İraqdakı Almaniya səfiri Daniel Körber və onu müşayiət edən heyət Həzrət Abbas (ə) Ziyarətgahını ziyarət zamanı baş katibin müşaviri Faiz Şəhristani və ziyarətgahın ictimai əlaqələr idarəsinin rəisi Məhəmməd Əli Əzhər ilə görüşüblər. 

Məhəmməd Əli Əzhər bu görüşdə Həzrət Abbas (ə) Ziyarətgahının tarixi və zəvvarlara, həmçinin cəmiyyətə təqdim etdiyi xidmətlər barədə məlumat verib. O, həmçinin ziyarətgahın təhsil, sənaye, kənd təsərrüfatı və təmiz enerji sahəsindəki layihələrini, müasir texnologiyalarını və digər təşəbbüslərini əks etdirən videonu nümayiş etdirib. 

Körber isə Həzrət Abbas (ə) Ziyarətgahının zəvvarlara və cəmiyyətə, xüsusilə dini mərasimlər və kütləvi ziyarətlər zamanı göstərdiyi xidmətləri yüksək qiymətləndirib. 

Almaniya səfiri Həzrət Abbas (ə) Ziyarətgahının səhralıq torpaqları yaşıl kənd təsərrüfatı sahələrinə çevirmə səylərindən məmnunluğunu ifadə edib və bu ziyarətgahın inkişaf proqramlarının bir hissəsi kimi həyata keçirdiyi alternativ enerji layihələrini alqışlayıb. 

Həzrət Abbas (ə) Ziyarətgahı daim müxtəlif heyətləri və tanınmış şəxsləri qəbul edir… 

 

بازدید سفیر آلمان از آستان مقدس عباسی +عکس

 

بازدید سفیر آلمان از آستان مقدس عباسی +عکس

4320795

captcha