IQNA

İran və Türkiyə arasında Qurani və dini əməkdaşlıqların möhkəmləndirilməsinin zərurəti

11:52 - December 07, 2025
Xəbər sayı: 3499350
İQNA - İstanbul müftisi İran və Türkiyənin İslam dünyasında müsbət və təsirli roluna işarə edərək, iki tərəf arasında mədəni, dini və Qurani əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

“İQNA”-nın İslam Mədəniyyəti və Əlaqələr Təşkilatının ictimaiyyətlə əlaqələr və informasiya şöbəsinə istinadən verdiyi xəbərə görə, İran İslam Respublikasının İstanbul şəhərindəki baş konsulu Əhməd Məhəmmədi, mədəniyyət attaşesi Bəhram Kiyan ilə birlikdə İstanbul Müftiliyinin ofisində olub və Əmrullah Tuncelin İstanbulun baş müftisi təyin olunmasını rəsmi şəkildə təbrik ediblər. 

Görüşdə İstanbul müftisi Əmrullah Tuncel İran və Türkiyə arasındakı qədim əlaqələri və ortaq mədəni kökləri iki ölkə alimləri arasında dini və mədəni əməkdaşlığın genişlənməsi üçün dəyərli zəmin kimi qiymətləndirib və İslam ümmətinin birliyi və həmrəyliyinin möhkəmləndirilməsində dini alimlərin təsirli rolunu vurğulayıb. 

O, həmçinin fars dilinin Anadolu torpaqlarındakı tarixi mövqeyinə işarə edərək, iki ölkə arasında mədəni və elmi əməkdaşlığın dərinləşdirilməsinin zəruriliyini qeyd edib. 

Bundan əlavə, İstanbul Müftiliyinin fəaliyyəti, inzibati strukturu, məscid imamlarının seçilməsi və məktəblərdə, Qurani mərkəzlərdə Qurani-Kərimin tədrisi üsulları barədə hesabat təqdim olunub. 

Tuncel İran və Türkiyənin İslam dünyasında müsbət və təsirli roluna işarə edərək, iki ölkə arasında mədəni, dini və Qurani əməkdaşlığın əhəmiyyətini bir daha vurğulayıb. 

İranın İstanbul baş konsulu Məhəmmədi isə Əmrullah Tunceli baş müftilik vəzifəsinə təyin olunması münasibətilə təbrik edərək, İslam sivilizasiyası çərçivəsində iki ölkənin dərin dini, mədəni və tarixi ortaq cəhətlərinə diqqət çəkib. 

Görüşün davamında Məhəmmədi dinin və dini alimlərin ictimai strukturlardakı roluna işarə edərək, İran və Türkiyə arasında dini və mədəni əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini vurğulayıb. 

O, həmçinin İran İslam Respublikasının elmi, tədqiqat və Qurani əməkdaşlıqların inkişafına, o cümlədən dini və Qurani konfransların, Qurani müsabiqələrin, “Quranla ünsiyyət həftəsi”nin keçirilməsinə və iki ölkənin elmi və dini mərkəzləri arasında universitet əlaqələrinin yaradılmasına hazır olduğunu bildirib. 

Məhəmmədi Peyğəmbər Əkrəmin (s) 1500 illik mövluduna işarə edərək, İstanbul baş müftisini İran İslam Respublikasının 33-cü Beynəlxalq Quran Sərgisinə və Ramazan ayı ilə eyni vaxtda keçiriləcək 4-cü Beynəlxalq Qurani Konfransda çıxış etməyə rəsmi şəkildə dəvət edib. 

İranın İstanbul mədəniyyət attaşesi Kiyan da çıxışında ötən il İstanbul Diyanət Təşkilatının Qurani sahədəki əməkdaşlıqlarına görə təşəkkür edib və müftinin dəstəyi ilə İstanbulda müxtəlif birgə mədəni, dini və Qurani proqramların həyata keçiriləcəyinə ümidvar olduğunu bildirib. 

4321193

captcha