IQNA

Həzrət Fatimənin (s.ə) mövlud günü münasibətilə İmam Əli (ə) hərəminin güllərlə bəzədilməsi

11:44 - December 10, 2025
Xəbər sayı: 3499379
İQNA – Həzrət Fatimə Zəhranın (s.ə) mövlud gününün gəlişi ilə eyni vaxtda minlərlə təbii güllər İmam Əli (ə) mütəhhər hərəminin həyət və salonlarını zinətləndirib.

“İQNA”‑nın Müqəddəs İmam Əli (ə) Hərəminin rəsmi saytına istinadla verdiyi xəbərə görə, Həzrət Fatimə Zəhranın (s.ə), aləmlərin xanımlarının sevincli mövlud bayramı və İraqda “İffət həftə”si ilə eyni vaxtda, İmam Əlinin (ə) mütəhhər hərəminin bəzək‑tərtibat bölməsi hərəmin və müqəddəs həyətlərdə güllərlə bəzəmə işlərini davam etdirib. 

Bölmənin məsulu Barıq Hadi xəbər mərkəzinə verdiyi açıqlamada bildirib: “Builki bayram proqramına hərəmin müqəddəs həyətlərində təbii qızılgül çələnglərinin yerləşdirilməsi daxildir ki, onların sayı 11 min budaqdan çox olmuşdur.” 

O əlavə edib: “Bu bölmə həmçinin Həzrət Fatimə (s.ə) həyətinin dəhlizlərinin bəzədilməsi, “İffət həftəsi”nin xüsusi bayramlarının və müxtəlif fəaliyyətlərinin hərəmin daxilində hazırlanmasını davamlı səylərlə başa çatdırıb. Məqsəd bu münasibətin gözəlliyini və müqəddəsliyini önə çıxarmaqdır”. 

O izah edib ki, bu işlər Müqəddəs İmam Əli (ə) Hərəminin geniş proqramının bir hissəsidir. Bu proqram Həzrət Zəhranın (s.ə) möhtəşəm mövludunu yad etmək, onun məqamına layiq mənəvi mühit yaratmaq və müqəddəs Nəcəf şəhərinin ictimai mühitində iffət dəyərlərini möhkəmləndirmək məqsədilə hazırlanıb. 

 

4322044

captcha