“İQNA”-nın “Filistin Online” saytına istinadla verdiyi xəbərə görə, Həmas hərəkatı “Raed Səd”in şəhadətini təsdiqləyərək, onun qətlə yetirilməsini sionist rejimin açıq və təhlükəli cinayəti adlandırdı və atəşkəs çərçivəsində vasitəçilərin və tərəflərin dərhal müdaxiləsini, işğalçı rejimi razılaşmadakı öhdəliklərinə əməl etməyə məcbur etmələrini tələb etdi.
Fələstin mənbələri Raed Səd – Qəssamın tanınmış komandiri – və onunla birlikdə şəhid olan üç nəfərin möhtəşəm şəkildə dəfn olunduğunu bildirdilər.
Həmas sözçüsü Hazem Qasim bazar günü əl-Arabi televiziyasına verdiyi müsahibədə Qəssam briqadalarının Qəzzadakı yüksək rütbəli komandirlərindən Raed Sədin və onunla birlikdə şəhid olanların ailəsinə başsağlığı verərək, bu hücumu açıq və təhlükəli pozuntu adlandırdı. O dedi: “İşğalçıların hücumu bizim birinci mərhələnin şərtlərinə sadiqliyimiz və ikinci mərhələyə keçid üçün müsbət hazırlığımız fonunda baş verdi.”
Həmas sözçüsü bu müsahibədə vasitəçi tərəflərin dərhal müdaxiləsini, atəşkəs razılaşmasının təminatını və işğalçı sionist rejimə təzyiq göstərərək atəşkəsə riayət etməsini tələb etdi.
Hazem Qasim əlavə etdi: “Biz Qəzza zolağına və işğal olunmuş torpaqlarımızın hər qarışına hər hansı bir qəyyumluğu və nəzarəti rədd edirik və xalqımızı köçürmək cəhdləri ilə əməkdaşlıqdan xəbərdarlıq edirik.”
Sionist rejimin ordusu şənbə günü Qəzza şəhərinin qərbində bir nəqliyyat vasitəsinə hava hücumu həyata keçirdi ki, nəticədə beş fələstinli şəhid oldu.
Həmas lideri Xəlil əl-Hiyə, Həmasın təsis edilməsinin 38-ci ildönümü münasibətilə yayımladığı videomüraciətdə dedi: “Raed Səd (Əbu Muaz), mücahid komandir, onunla birlikdə olan qardaşları ilə şəhid oldu.”
4322872