IQNA

Suriya Ələvilərinin İslam Şurası Colani qüvvələrinin nümayişçilərə hücumunu pislədi

8:21 - December 29, 2025
Xəbər sayı: 3499493
İQNA – Suriya Ələvilərinin İslam Şurası yayımladığı bəyanatda hökumət qüvvələrinin bu ölkədə müdafiəsiz mülki şəxslərə qarşı zorakı davranışını qınadı.

“İQNA”-nın “əl-Əxbar” agentliyinə istinadla verdiyi xəbərə görə, Suriya Ələvilərinin İslam Şurası Əbu Məhəmməd, Colani qüvvələrinin müdafiəsiz mülki şəxslərə qarşı zorakılığını pisləyərək bəyan edib: “Baş verənlər, ifadə azadlığını və sülh mitinqlərinin keçirilməsini təmin edən insan qanunlarının və beynəlxalq müqavilələrin açıq və bariz şəkildə pozulmasıdır.” 

Şura bəyanatda vurğulayıb: “Suriyada hakimiyyət bütün dünyanın gözü qarşısında öz repressiv mahiyyətini aşkara çıxarmış və qanuni haqlarını tələb etmək üçün küçələrə çıxan silahsız mülki şəxslərə qarşı terror və qorxutmanın bütün formaları ilə davranmışdır.” 

Ələvilərin İslam Şurası bildirib: “Sülhsevər etirazçılara qarşı zorakı davranış, insan prinsiplərinin və beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır və onun nəticələrinin məsuliyyəti belə repressiv addımlar atan tərəflərin üzərindədir.” 

Suriya Ələvilərinin İslam Şurası xalqı həyat və təhlükəsizliklərini qorumaq üçün evlərinə dönməyə çağırıb. 

Şura eyni zamanda vurğulayıb: “Bu çağırış qanuni haqlardan imtina demək deyil və qanuni, sülhsevər tələblərə bağlılıq hələ də davam edir.” 

4325565

captcha