IQNA

İmam Əli (ə) Hərəminin bayrağının dəyişdirilməsi mərasimi keçirildi

8:42 - December 29, 2025
Xəbər sayı: 3499497
İQNA – İmam Əlinin (ə) mübarək mövludu ərəfəsində onun mübarək hərəminin bayrağının dəyişdirilməsi mərasimi təşkil olundu.

“İQNA”-nın verdiyi xəbərə görə, Rəcəb ayının on üçü – Möminlərin Mövlası Həzrət Əmirəlmöminin Əlinin (ə) mövlud günü yaxınlaşarkən, Nəcəf Əşrəfdə Müqəddəs Əli (ə) Hərəminin xidmətçiləri hərəmin bayrağını dəyişdirərək bu mübarək məkanın möhtəşəm mərasimlərə hazır olduğunu nümayiş etdirdilər. 

Müqəddəs İmam Əli (ə) Hərəminin bayrağının dəyişdirilməsi, hər il böyük dini mərasimlər ərəfəsində xidmətçilərin iştirakı ilə həyata keçirilən mənəvi ənənələrdən biridir. Bu, ilahi şüarların ucaldılması və Əhli-beytin (ə) sevinc və şadlıq günlərinin başlanğıcının elan olunması rəmzi sayılır. 

Həzrət Əlinin (ə) mövludu gününə yaxın günlərdə hərəmin həyətləri bayraqlar, kitabələr və xüsusi bəzəklərlə mənəvi və vilayi bir ab-hava qazanır. Bu günlərdə Nəcəf Əşrəf, İraqın müxtəlif bölgələrindən və digər İslam ölkələrindən gələn saysız-hesabsız zəvvarların ilk şiə imamına təbrik və ehtiramlarını çatdırmaq üçün toplaşdığı müqəddəs şəhərə çevrilir.

.

برگزاری مراسم تعویض پرچم حرم امام علی (ع)

برگزاری مراسم تعویض پرچم حرم امام علی (ع)

 

4325553

captcha