IQNA

Ayətullah İsa Qasim “Həsən Müşeymə”nin Əl-Xəlifə zindanından azad olunmasına təkid etdi

8:15 - December 30, 2025
Xəbər sayı: 3499504
İQNA – Ayətullah Şeyx İsa Əhməd Qasim, Bəhreynin ali dini mərcəyi, bəyanatında bildirib ki, Həsən Müşeymənin zindanda ağır və əlverişsiz bədən vəziyyəti onun dərhal azad edilməsini zəruri edir.

“İQNA”-nın “Bəhreyn”ə istinadla verdiyi xəbərə görə, Ayətullah Qasim bəyanatında vurğulayıb ki, rejimin siyasətlərinə qarşı çıxmaq və haqların tələb olunması yalnız o zaman dayanacaq ki, ədalətsizlik və zülm tamamilə aradan qalxsın. 

Bəyanatda qeyd olunub ki, ustad Həsən Müşeymənin zindanda vəziyyətinin pisləşməsi, onun həyatını təhlükəyə atan ağır və ciddi xəstəlikləri, təcrid olunmuş halda saxlanılması və tibbi qayğıya etinasızlıq – onun insan ləyaqətinə açıq-aşkar biganəlikdir və bu, onun dərhal azad olunmasını tələb edir. 

Ayətullah Qasim vurğulayıb ki, xüsusilə nəzərə almaq lazımdır ki, onun həbs olunması xalqın haqlarını müdafiə etməsi və azadlığa hörmətindən qaynaqlanır; bu, ondan və saysız-hesabsız insanlardan zalımcasına alınmış bir haqqdır. 

Bəyanatın davamında bildirilib ki, azadlıqsevər bütün vətəndaşlar – xalqın haqlarına və ləyaqətli azadlıq tələbini qəbul edənlər – hökumətdən siyasi məhbuslarını, o cümlədən tanınmış simaları azad etməyi tələb edirlər. Bu, millətin əlindən alınmış əsas, ilkin və təbii bir haqqdır və bu tələb tam şəkildə əldə olunana qədər fasiləsiz davam edəcək. 

Bəhreynin dini mərcəyi vurğulayıb: “Rejimin siyasətlərinə qarşı çıxmaq və haqları tələb etmək yalnız o zaman dayanacaq ki, ədalətsizlik və zülm tamamilə aradan qalxsın. Ağıllı bir insan bu haqq tələbini və azadlıq istəklərini necə inkar edə bilər”?! 

4325792

captcha