IQNA

Pakistan Hindistanda müsəlmanlara qarşı zorakılığı pislədi

10:25 - December 31, 2025
Xəbər sayı: 3499506
İQNA – Pakistan Xarici İşlər Nazirliyi bəyanatında Hindistanda azlıqlara və müsəlmanlara qarşı zorakılığı pisləyib.

“İQNA”-nın “Arab News” qəzetinə istinadla verdiyi xəbərə görə, Pakistan Xarici İşlər Nazirliyi bildirib ki, Milad bayramı günlərində Hindistanda baş verən dağıdıcı hərəkətlər, müsəlmanlara qarşı zorakılıqla yanaşı, ciddi narahatlıq doğurur. 

Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Tahir Andarabi bəyanatında Milad bayramı günlərində Hindistanda müsəlmanlara qarşı baş verən dağıdıcılıq və zorakılıqla bağlı qiymətləndirməsini təqdim edib və bu ölkədə azlıqlara qarşı təzyiqlərin çox narahatedici olduğunu vurğulayıb. 

Bəyanatda Milad bayramı günlərində baş verən pislənilən dağıdıcılıq hərəkətlərinə və Hindistan hökumətinin dəstəyi ilə aparılan, müsəlmanları hədəf alan kampaniyalara işarə olunub. 

Həmçinin qeyd olunub ki, evlərin dağıdılması və müsəlmanlara qarşı hadisələrin təkrarlanması bu ölkədəki müsəlman icması arasında qorxu hissini və kənarlaşdırılmanı gücləndirib. 

Andarabi vurğulayıb ki, bu hadisələrin sayı narahatedici dərəcədə çoxdur və beynəlxalq ictimaiyyəti Hindistanda həssas icmaların əsas hüquqlarını qorumaq üçün zəruri tədbirlər görməyə çağırıb. 

4325786

captcha