“İQNA”-nın “26 Sentyabr”a istinadən verdiyi xəbərə görə, bu seminarda alimlər, təbliğçilər və universitet müəllimləri iştirak edib və Quranla yanaşı dini simvollara qarşı hücumların artdığı şəraitdə İslam ümmətinin qarşısında duran fikri və etiqadi çağırışlar müzakirə olunub.
Yəmən müftisi Şəmsəddin Şərəfəddin çıxışında bildirib: “İslam ümməti Allah yoluna dəvəti gücləndirməli və imanı insanların qəlbində möhkəmləndirməlidir.”
O əlavə edib ki, Qurana və Peyğəmbərə (s) qarşı təkrarlanan hücumlar, tarix boyu peyğəmbərlərin və Allahın elçilərinin üzləşdiyi təhrif və düşmənçilik yolunun davamıdır.
Yəmən müftisi çıxışının sonunda düşmənlərin fitnələri ilə mübarizə üçün səflərin birliyi, təəssüb və məzhəbçiliyin aradan qaldırılması zərurətini vurğulayıb.
Daha sonra Hizam əl-Əsəd, Ənsarullahın Siyasi Şurasının üzvü, çıxışında deyib: “Qəzzada baş verənlər ümməti və onun müqəddəslərini hədəf alan sionist–Qərb layihəsinin mahiyyətini göstərir.”
O əlavə edib: “Qərbin söz azadlığı ilə bağlı şüarları, Fələstin məsələsindəki ikili standartlar və Qurana təhqir qarşısında heç bir məna daşımır.”
Digər çıxışçı Arif əl-Hacəri isə alimlərin və vaizlərin Qurani-Kərimi müdafiə etmək məsuliyyətini vurğulayıb və İslama təhqir edən ölkələrin mallarına qarşı iqtisadi boykot çağırışı edib.
Seminar dini xütbələrdə birliyin qorunmasının, alimlərin sosial maarifləndirmədə rolunun gücləndirilməsinin və İslam ümmətinin kimliyi ilə müsəlmanların müqəddəslərini hədəf alan “yumşaq müharibə”yə qarşı mübarizənin vacibliyinin altını çəkərək başa çatıb.
4327160