IQNA

Guterreşin sionist rejimə Anrovanın mallarını müsadirə etməklə bağlı xəbərdarlığı

12:40 - January 15, 2026
Xəbər sayı: 3499574
İQNA – BMT-nin baş katibi sionist rejimi ciddi xəbrədarlıqla təhdid edib ki, Anrova əleyhinə məhdudlaşdırıcı qanunları ləğv etmədiyi və müsadirə etdiyi malları qaytarmadığı surətdə bu rejimi beynəlxalq cəza divanına göndərəcək.

“İQNA”, “Əl-Cəzirə”-yə istinadən xəbər verir ki, BMT-nin baş katibi Antonio Guterreş fələstinli qaçqınlara yardım edən təşkilatı zəiflətmək məqsədi ilə mallarını müsadirə edən sionist rejimini beynəlxalq cəza divanına şikayət edəcəyi ilə bağlı ciddi şəkildə təhdid edib.

Bu xəbəbrə əsasən, Guterreş sionist rejimin baş naziri Benyamin Netanyahuya rəsmi məktubla müraciət edərək vurğulayıb: “BMT işğalçı rejimin beynəlxalq hüquqa zidd addımları qarşısında laqeyd qala bilməz”.

O, sionist rejimin bu addımları dərhal dayandırmasını tələb edib.

4328544

captcha