“İQNA”, xəbər mənbələrinə istinadən bildirir ki, Livan hizbullahı bəyannamə sadir edərək İran İslam Cümhuriyyətini dəstəkləmək üçün İranın müxtəlif məntəqələrində keçirilən milyonluq yürüşü təqdir edib.
Bu bəyannamədə qeyd olunub ki, bu yürüşlər İran İslam Cümhuriyyətinin rəhbərliyi və Ali Məqamlı Rəhbərə İran xalqının həqiqi baxışını göstərdi.
Burada deyilib ki, Amerika İranı içəridən dağıtmaq istəyir və sionist rejimdən cinayət, qətl və hərc-mərclik yaratmaq üçün istifadə edir.
Livan hizbullahı İran xalqı və onun Rəhbərinin seçimini kamil şəkildə dəstəkləyərək bildirib ki, İran İslam Cümhuriyyəti Allahın lütfü ilə sabitqədəm, güclü və müstəqil qalacaq.
4328500