“İQNA”, İraqın Vəf Xəbər Agentliyinə istinadən xəbər verir ki, Quran Həftəsi, Peyğəmbərin Məbəsi münasibətilə Neynəva əyalətində keçirilən Milli Quran Günü proqramları ilə eyni vaxtda işə başladı və müxtəlif proqramlarla davam etdi.
Neynəva şiə vəqflərinin Dini və Xeyriyyə Təsisatları şöbəsinin Quran Elmləri bölməsinin məsul şəxs Riad Salim Cəlal bu barədə dedi: "Bu idarə, Rəcəb ayının 27-nə təsadüf edən Milli Quran Gününü yad etmək məqsədilə çoxsaylı iclaslar təşkil etmişdir."
O əlavə etdi: "Cəmiyyətdə Quran mədəniyyətini gücləndirmək məqsədi ilə keçirilən bu iclaslarda İraqın çoxsaylı milli müəzzin və qariələri iştirak etdi."
"Mustafa" Cümə məscidinin qarisi və müəzzini Abbas İlyas Taha da bildirib: "Bu iclaslar Neynəvada görkəmli Quran istedadlarını tanımaq üçün bir fürsətdir."
Başqa bir İraq qarisi Ənvər Mustafa Əhməd də vurğuladı ki, bu münasibət Allahın Kitabı və Nəbəvi Sünnət ilə əhdini yeniləmək və bütün iraqlıları Quran süfrəsi ətrafında birləşdirmək üçün bir fürsətdir.
Neynəva şiə vəqfləri idarəsi də açıqlayıb: "İdarə bu cür fəaliyyətlər həyata keçirməklə cəmiyyətdə Quran mədəniyyətini gücləndirmək, gənclərin Quran tilavəti sahəsindəki istedadlarını kəşf etmək və onları dəstəkləmək üçün çalışır."
İraq hökumətinin kabinəsi, Ümumdünya Quran Günü böyük hərəkatı çərçivəsində keçirilən iclasında, Rəcəb ayının 27-ni bu ölkədə "Milli Quran Günü" elan etdi.
Bu təyinat Peyğəmbərin (s) Məbəsi münasibətilə və İsra və Meracı yad etmək məqsədilə edilib və İraq belə bir günü illik təqviminə milli və islami günlərin bir hissəsi kimi qeydə alan ilk ölkədir.
4329152