IQNA

Türkiyənin Şimali Makedoniyadakı iki məscidin bərpasında iştirakı

19:22 - January 26, 2026
Xəbər sayı: 3499629
İQNA – Şimali Makedoniyada Osmanlı dövrünə aid iki tarixi məscidin bərpası üçün əməkdaşlıq protokolu imzalanıb.

“İQNA”, “turkiyetoday”ə istinadən xəbər verir ki, Şimali Makedoniyada Osmanlı dövrünə aid iki tarixi məscidin bərpası üçün əməkdaşlıq protokolu imzalanıb. Türkiyə Vəqflər Baş İdarəsi və Şimali Makedoniya İslam Birliyi bu sazişi imzalayıblar. Sazişə əsasən, Sofiyadakı Hacı Balaban məscidi ilə Tetovo (Kalkandelen) şəhərindəki Alaca məscidi tarixi və memarlıq bütövlüyünü qorumaq üçün bərpa olunacaq.

Protokolun imzalanmasından sonra Türkiyə Vəqflər Baş İdarəsinin rəhbərləri, Türkiyənin təkcə öz sərhədləri daxilindəki vəqf əmlakını qorumaqda deyil, həm də xaricdəki Osmanlı irsinin qorunmasına sadiq qaldığını vurğuladı.

Nümayəndə bildirib ki, bu irsi qorumaq bizim nəzərdən qaçıra bilməyəcəyimiz bir vəzifədir. Bərpa işləri bu tarixi yerlərin gələcək nəsillər üçün qorunub saxlanılmasını təmin etmək məqsədi daşıyır.

Nümayəndə həmçinin Türkiyənin bundan əvvəl də Şimali Makedoniyada Osmanlı dövrünə aid üç başqa yerin bərpa layihələrini tamamladığını və bu ölkənin Vəqf İftar illik proqramlarına daxil edilməsini təmin etdiyini, bunun da Türkiyənin Ramazan ayında davam etdirdiyi xeyriyyə təşəbbüslərinin bir hissəsi olduğunu xəbər verib.

Şimali Makedoniya İslam Birliyinin rəhbəri isə qeyd edib ki, birlik ölkədəki Osmanlı irsinə göstərilən diqqəti yüksək qiymətləndirir və gələcək birgə layihələri və bərpa planlarının uğurunu səbirsizliklə gözləyir.

4330261

Teqlər: türkiyə ، makedoniya ، məscid ، osmanlı
captcha