
“İQNA”-nın “əl-Mənar” agentliyinə istinadən verdiyi xəbərə görə, Livan Hizbullahının baş katibi Şeyx Nəim Qasım, livanlıların İranla həmrəylik mərasimində çıxışına başlayaraq dedi: “Müsəlmanlara Rəsulullahın (s) ayı olan Şaban ayını və Əhli-Beyt imamlarının (ə) anadan olma ayını təbrik deyirəm. İmam Xamenei, İmam Mehdinin (ə.f) qeybət dövründə vəzifəni öz üzərinə götürən və müqəddəs imamın naibidir. Hizbullah, Vəliyyi-Fəqihin rəhbərliyinə inanır və fikri və etiqad baxımından ona bağlıdır.”
Livan Hizbullahının baş katibi dedi: “Tramp İmam Xameneini təhdid etdikdə, əslində bu rəhbərin onlarla milyon tərəfdarını hədəf alır. Biz bu təhdidi özümüzə qarşı bir təhdid kimi qəbul edirik və lazım olan hər tədbiri görəcəyik.”
O, əlavə etdi: “Bu təhdidə qarşı hərtərəfli hazırlıqla müqavimət göstərmək bizim vəzifəmizdir, çünki İmam Xameneiyə və ya Vəliyyi-Fəqihə qarşı hər hansı bir zərər, onun çoxsaylı tərəfdarları səbəbilə, regionda və dünyada sabitliyin pozulması deməkdir. Trampın və ya başqalarının İmam Xameneiyə təhdidlərinə qarşı susa bilmərik və bütün tədbirlərimiz və imkanlarımızla təhdidə qarşı çıxacağıq.”
Şeyx Nəim Qasım sözlərinə davam edərək dedi: “Amerika İrana qarşı səkkiz illik müharibə başlatdı, hər cür silahlardan istifadə etdi, İranı devirmək üçün milyonlarla dollar xərclədi və məğlub oldu. 1979-cu ildə İranda İslam Respublikası qurulduğu andan etibarən Amerika ona qarşı mübarizə aparır, çünki dünya müsəlmanları və məzlumları üçün bir dayanacaq kimi çıxış edən azad və müstəqil bir ölkəyə dözmür.”
O, əlavə etdi: “İslam Respublikası və onun uğuru Amerikaya və İsrailə vurulan ən böyük zərbə oldu. İran 12 günlük müharibədə müqavimət göstərdi və İmam Xameneinin rəhbərliyi altında Amerika və İsrailin planlarını puç etməyi bacardı. Düşmənlər iqtisadi vəziyyət vasitəsilə İranı içəridən devirmək istəyirdi, ona görə də təhlükəsizlik qüvvələrini və xalqı hədəf alan diversantlarla nüfuz etdilər və məscidlər, maşınlar və mərkəzlərə od vurdular.”
Livan Hizbullahının baş katibi vurğuladı: “Zorla sülh, zorakılıqla müstəmləkəçilik deməkdir. İsrailin Qəzzada törətdiyi soyqırım, Qərblə əlbir olaraq edilən vəhşilik və cinayətdir. Mən İslam Respublikasını salamlayıram və İran xalqına deyirəm: Siz şərafətlisiniz. Biz sizinləyik və siz bizimləsiniz. Bizi ölümlə hədələməyin, çünki ölüm sizin əlinizdə deyil, Allahın əzəmətli əlinədir. Lakin şərəf və ləyaqət bizim əlimizdədir və biz ondan əl çəkməyəcəyik, çünki bu, məsuliyyət göstəricisidir.”
4330550