IQNA

Ciddədə Quran və İslam Araşdırmaları üzrə 20-ci Beynəlxalq Konfransın Elanı

10:50 - January 31, 2026
Xəbər sayı: 3499657
İQNA – Ciddə şəhərində 15-16 noyabr 2026 tarixlərində "Quran və İslam Araşdırmaları üzrə 20-ci Beynəlxalq Konfrans" (ICQIS) keçiriləcək.

“İQNA”, “ICQIS” saytına istinadən xəbər verir ki, konfrans şəxsi iştirakla və "Dünya Elm, Mühəndislik və Texnologiya Akademiyası"nın (WASET) himayəsi altında keçiriləcək.

Konfransın məqsədi Quran və İslam araşdırmaları sahəsində görkəmli ustadlar, tədqiqatçılar və mütəxəssislərin elmi baxışlarını təqdim etmək və mübadilə etmək üçün bir araya gətirməkdir. Konfrans elmi yeniliklərin və problemlərin müzakirəsi üçün multidissiplinar bir platforma təmin etməyi və orijinal tədqiqat işlərinin abstrakt, tam məqalə və elmi poster şəklində təqdim edilməsi üçün imkan yaratmağı hədəfləyir.

Məqalələrin təqdim edilməsi üçün son tarix 15 oktyabr 2026 olaraq müəyyən edilmişdir. Konfrans bütün təqdim olunan məqalələri ikiqat kor ekspertizə (double-blind peer review) əsasən və hər bir məqalə üçün üç mütəxəssis rəyçidən istifadə etməklə qiymətləndirəcəkdir.

Qəbul edilmiş məqalələr toplusu Open Science Index, Google Scholar, Semantic Scholar, Zenedo, BASE, WorldCAT və digər nüfuzlu indekslərdə kataloqlaşdırılacaq.

Seçilmiş bəzi məqalələr "Quran və İslam Araşdırmaları Xüsusi Elmi Nəşri" üçün nəzərdən keçiriləcək.

Ətraflı məlumat almaq, qeydiyyatdan keçmək, məqalə təqdim etmək, proqram detallarına baxmaq və ya təşkilatçılarla əlaqə saxlamaq istəyənlər aşağıdakı linkə müraciət edə bilərlər:

https://waset.org/quranic-and-islamic-studies-conference-in-november-2026-in-jeddah

4330976    

captcha