“İQNA”, “Əl-Cəzirə”yə istinadən xəbər verir ki, Federal İş Məhkəməsi baş örtülü qadının müraciətinin rədd edilməsini dini ayrı-seçkilik hesab edib.
Məhkəmənin işə dair məlumatlarına görə, müraciət edən qadın öz şəkilini baş örtüsü ilə təqdim etmişdi. Lakin, Federal Polis ilə müqavilə bağlayan şirkət baş örtüsü taxdığı üçün onun müraciətini təhlükəsizlik yoxlamaları üçün göndərməkdən imtina edib.
Məhkəmə qərar verdi ki, bu addım Almaniyanın ayrı-seçkilik əleyhinə qanunlarını pozur və müraciətin bu əsasla rədd edilməsinin qanuni əsasının olmadığını vurğuladı.
Məhkəmə qərarında bildirdi ki, baş örtüsü taxan bir hava nəqliyyatı təhlükəsizlik köməkçisinin işə qəbulunu qadağan edən heç bir qanun yoxdur və baş örtüsü taxmamaq bu vəzifə üçün əsas və ya zəruri bir iş tələbi deyil.
Məhkəmə şirkətə zərər çəkmiş qadına 3500 avro təzminat ödənilməsi barədə hökm çıxardı. Eyni zamanda, hökm verdi ki, bərabərlik prinsipləri və dini ayrı-seçkiliyin qadağan edilməsi, xüsusilə dövlət sektoru və ictimai xidmətlər sahəsində, bütün işə qəbul prosesində tətbiq edilməlidir.
İki ay əvvəl Almaniyanın Hessen əyalətində bir baş örtülü hakimə qarşı verilən qərar böyük mübahisə yaratmışdı. Bu qərar, neytrallıq səbəbi ilə verilmişdi, amma tənqidçilər bunun dini hüquqların ayrı-seçkiliklə pozulması olduğunu iddia etdilər.
Dini azadlıqların müdafiəçiləri sosial mediada bu hökmü tənqid etdilər və Almaniyanın dövlətin neytrallığını şərh etməsinin ayrı-seçkiliyə çevrildiyini iddia etdilər.
Tənqidçilər bildirirlər ki, belə hökmlər, müsəlman qadınlara qeyri-bərabər şəkildə təsir edir və onların hüquqi və dövlət xidmətlərində iştirakına ciddi maneələr yaradır.
4331875