IQNA

Braziliya Prezidentinin boynunda Fələstin səfirinin şərfi

7:43 - February 07, 2026
Xəbər sayı: 3499699
İQNA – Braziliya Prezidenti Luiz İnasiu Lula da Silva, Fələstin səfiri Mərvan Cəbrayil ilə etimadnamə təqdimetmə mərasimində onun şərfini boynuna salıb.

“İQNA”, “Roya Əl-Əxbar”-a istinadən xəbər verir ki, Lula da Silva yeni Fələstin səfiri Mərvan Cəbrayilin çiynindəki şərfini götürərək boynuna taxıb. 

Xatırladaq ki, ötən ilin iyul ayında Braziliya, Cənubi Afrikanın İsrailin Qəzza zolağındakı hərəkətlərinə görə Beynəlxalq Ədalət Məhkəməsinə təqdim etdiyi soyqırım iddiasına qoşulmuşdu. 

Prezident Lula da Silva dəfələrlə Qəzzada baş verən soyqırımı pisləyib.

Dekabr ayının əvvəlində Mərvan Cəbrayil əl-Burini, Fələstin Dövlətinin Braziliyadakı səfiri kimi, Braziliya Xarici İşlər Nazirliyinin baş katibi Mariya Laura da Roçaya öz etimadnaməsini təqdim etmişdi. 

4332662

Teqlər: brazilya ، prezident ، fələstin ، səfir
captcha