“İQNA”-nın “SANA” agentliyinə istinadən verdiyi xəbərə görə, sərgi ərazisində yerləşən Qurani-Kərim stendləri ixtisaslaşmış iştiraklarla öz müxtəlif Qurani fəaliyyətlərini təqdim edir. Bu fəaliyyətlər Qurani-Kərimin xətt-rəsmi ilə tanışlıq, təfsir, eləcə də təlim, qiraət və hifz sahəsində müasir texnologiyalardan istifadəni birləşdirir.
Bu çərçivədə Suriya Vəqflər Nazirliyinin stendi, Müəttəz Ubeydin nəzarəti ilə, Ginnesin Rekordlar Kitabına düşmüş dünyanın ən böyük naxışlanmış Qurani-Kərim layihəsini – parça üzərində icra edilmiş bir sənət əsərini – sərgidə nümayiş etdirib.
Bu layihə 17 ölkədən 62 xəttatın iştirakı ilə Qurani-Kərimin estetik və mədəni dəyərlərini tanıtmaq məqsədilə həyata keçirilib.
“Vəhy” – qarilərlə əlaqə tətbiqi
Rəqəmsal sahədə isə Yusif Fəthullah “Vəhy” adlı tətbiqi təqdim edib. Bu tətbiq, qadın və kişilər üçün təşkil olunmuş tədris mühitində Quran öyrənənlərin smartfon vasitəsilə qarilərlə əlaqə qurmasına imkan verən pulsuz proqramdır və uzaqdan qiraət və ləhn öyrənməsini asanlaşdırır.

Suriya Vəqflər Nazirliyinin Qurani-Kərim Nəzarət Komitəsindən Eymən Ğənnum da sərgidə Qurani-Kərimin çap və yayımına icazə verilməzdən əvvəl hərf-hərf yoxlanılması və işarələnməsi mexanizmini izah edib. Sərgidə həmçinin ziyarətçilərə Qurani-Kərimin pulsuz paylanması üçün xüsusi guşə ayrılıb.
“Məstur təfsir”i ilə Quranın anlaşılmasının asanlaşdırılması
Bundan başqa, “Məstur təfsir”i layihəsi layihənin rəhbəri Tariq əl-Hüseyn tərəfindən təqdim olunub. Bu layihədə ayələrin üzərində qısa və birbaşa təfsir cümləsi yerləşdirilərək, təfsirin fasiləsiz şəkildə qiraət zamanı mənanın daha asan qavranmasına şərait yaradılır.
Layihə rəng kodlaşdırmasından istifadə etməklə sözləri, ümumi mənaları və ayələrin məqsədini etibarlı təfsirlərə əsasən təqdim edir.
“Darul-Bəyyinə” nəşriyyat mərkəzinin nəşr direktoru Məhəmməd Muxlis də bu mərkəzin sərgidə Qurani-Kərimin, təfsir və tərcümələrin 30-dan çox dildə təqdim edilməsi ilə iştirak etdiyini bildirib. O əlavə edib ki, QR kod vasitəsilə qiraətin səsli dinlənilməsi və qarinin ayələri yazmasına imkan verən, hifzi və xətt-rəsmin öyrənilməsini asanlaşdıran “Əllim bil-qələm” layihəsinin təqdimatı da guşənin digər fəaliyyətlərindəndir.
“Rəngli təcvid müshəfi” ilə tanışlıq
Darul-Məarif də bu tədbirdə “rəngli təcvid müshəfi”ni və qiraət təlimini dəstəkləyən texnoloji layihələrini, Qurana xidmət vasitələrinin inkişafı istiqamətindəki yanaşmasına uyğun olaraq, ictimaiyyətə təqdim edib.

Həmçinin Qurani-Kərimin çapı ilə məşğul olan bir sıra guşələr də qlobal yanaşmalara uyğun şəkildə, müxtəlif təhsil və elmi səviyyələrə malik ərəb və qeyri-ərəb ziyarətçilərin daha geniş kütləsinin Qurana çıxışını təmin edən nəşrlər təqdim ediblər.
Qeyd edək ki, Dəməşq Beynəlxalq Kitab Sərgisi 5 fevral tarixində açılıb və 16 fevral 2026-cı ilədək davam edəcək. Kitabsevərlər və müxtəlif ölkələrdən nəşriyyat mərkəzləri bu tədbirdə bir araya gəlib.
4333347