IQNA

Şəhid Sədr və Həkim ailəsinin alimlərinin şəhadətinə səbəb olan şəxsin edam hökmü icra olundu

17:10 - February 11, 2026
Xəbər sayı: 3499726
İQNA – İraq Milli Təhlükəsizlik Təşkilatının sözçüsü bildirib ki, şəhid Məhəmməd Baqir Sədr və Həkim ailəsinin bir sıra alimlərinin qətlə yetirilməsində əli olan şəxsin edam hökmü icra edilib.

“İQNA”-nın “Middle East News”‑a istinadən verdiyi məlumata görə, Milli Təhlükəsizlik Təşkilatının sözçüsü Ərşəd əl-Həkam, bazar ertəsi, məhkəmə prosedurlarının tamamlanmasından sonra Sədun Səbriyə verilmiş edam hökmünün icra edildiyini açıqlayıb.

Səbri insanlığa qarşı genişmiqyaslı cinayətlərdə, o cümlədən Seyid Məhəmməd Baqir Sədrin, Həkim ailəsinin bir sıra alimlərinin və günahsız vətəndaşların şəhadətinə səbəb olmaqda ittiham olunaraq məhkum edilmişdi.

İraq Ali Məhkəmə Şurası 2025-ci ilin iyun ayında yaydığı bəyanatda bildirmişdi ki, İraq Ali Cinayət Məhkəməsi 1980-ci ildə dini mərcə Ayətullah şəhid Məhəmməd Baqir Sədr və onun bacısı şəhidə Bintül-Hüdanın qətlində iştirak etdiklərinə görə Sədun Səbri və Heysəm Əbdüləziz adlı iki cinayətkara edam hökmü çıxarıb.

4333351

captcha