IQNA

Hizbullah Livan: “İran xalqına qarşı bütün düşmən fitnələri məğlubiyyətə uğrayıb”

7:57 - February 12, 2026
Xəbər sayı: 3499735
İQNA – Hizbullah Livan İslam İnqilabının ildönümü münasibətilə yaydığı bəyanatda vurğulayıb ki, son 47 il ərzində İran xalqına qarşı qurulan bütün düşmən fitnələri iflasa məhkum olub.

“İQNA”-nın “əl-Manar”a istinadən verdiyi xəbərə görə, Hizbullah Livan İslam İnqilabının qələbəsi münasibətilə bəyanat yayıb. Bəyanatda qeyd olunur ki, 47 il ərzində İran xalqına qarşı hazırlanmış bütün düşmən planları uğursuzluqla nəticələnib.

Hizbullahın bəyanatında belə deyilir: 

“1979-cu il fevralın 11-də İslam İnqilabının qələbəsindən bu günə qədər ABŞ, Qərb ölkələri və sionist rejim tərəfindən İnqilabı mühasirəyə almaq, onu devirmək və onun azadlıqçı, dirçəliş yaradan məfkurəsini məhv etmək üçün həyata keçirilən bütün koordinasiyalı fitnələrə baxmayaraq, İranın 47 il ərzində davamlı irəliləyişi və möhkəm dayanışı, bu siyasətlərin fəlakətli şəkildə iflasa uğradığının açıq sübutudur. İslam İnqilabı bu planların arxasındakı təhlükəni bütün dünyaya göstərdi.”

Bəyanatın davamında deyilir: 

“Biz – Hizbullah və Livan İslam Müqaviməti olaraq – İran İslam Respublikasına və onun azadlıqçı modelinə fəxr edirik. İnqilabın qələbə günü münasibətilə onun rəhbəri, Hörmətli İmam Seyyid Əli Xamenei (damə zilluh), bütün rəsmiləri və şərəfli, cəsur İran xalqını səmimi şəkildə təbrik edirik. Bu xalqın düşmənlərə qarşı ayıqlığı və birliyi hər gün daha da artır.”

Dünən Hizbullahın baş katibi də bildirib: 

“İran İslam İnqilabı 1979-cu ildə qələbə çaldıqdan sonra dünya məzlumlarının yanında dayandı, bölgədə müqaviməti dirçəltdi və əziz Fələstinin azadlığı üçün bayrağı ucaltdı.”

O əlavə edib: 

“İran 47 il ərzində bütün təzyiqlərə sinə gərib, möhkəm və izzətli şəkildə yoluna davam edib və bu gün də inkişaf edir, məzlumların ümididir. İmam Xamenei İran İslam Respublikasını elmi tərəqqiyə əsaslanan, güclü və təsirli ölkələr sırasında möhkəmləndirib.”

Hizbullahın baş katibi vurğulayıb: 

“İran İslam Respublikası qarşıdurmalarda, xüsusilə İsrail təcavüzünə qarşı mübarizədə qalib gəlib və İmam Xameneinin rəhbərliyi altında möhkəm və sarsılmaz olaraq yoluna davam edəcək.”

4333955

captcha