İslam İnqilabının qələbə ildönümü ilə eyni vaxtda, İranın Küveyt, Livan və Qətərdəki sabiq mədəniyyət attaşesi Abbas Xaməyar “İQNA”-ya təqdim etdiyi qeyddə 22 Bəhmən yürüşünün ab-havasını təsvir edib.
Aşağıda həmin qeydin mətnini oxuyursunuz:
Bir millətin vüqarı, bir tarixin fəryadı…
Bu gün mən sonsuz bir xalq dəryasının içində dayanmışdım. Elə bir dərya ki, qəzəbdən deyil, vüqardan yaranmışdı. Hay-küyün deyil, imanın dalğalarından ibarət idi. Günəşdən yanmış, amma nəcib simalar gördüm. Əllər ki, bəlkə zamanın yorğunluğunu daşıyırdı, amma o an meydanda dağdan da möhkəm dayanmışdı.
Rəngbərəng qadınlar gördüm, ümiddən yoğrulmuş təbəssümlərlə qucağında körpə daşıyan analar, gözlərinin işığında vətənin sabahını göstərən qətiyyətli yeniyetmələr…
Vətənin xidmətçiləri! Bu xalq bu torpağın polad sütunlarıdır. İddiasız gəlirlər, minnətsiz dayanırlar və tək istəkləri səmimiyyətə hörmətdir. Bu nəcibliyin qədrini bilin؛ çünki onların etimadı zədələnsə, heç bir məlhəm o yaraya asan çarə olmayacaq. Siz ki, uzaqdan İranın obrazını qaranlıq göstərirsiniz. Mən sizin media imperiyalarınıza meydan oxuyuram:
Bu xalqın iştirakından yalnız bir kadr, bu həmrəyliyin yalnız bir anını göstəriniz. O zaman anlayacaqsınız ki, İranı başlıqlarla deyil, bir-birinə bağlı ürəklərlə ölçmək gərəkdir.
İran bu xalqla qalacaq. Çünki onun kökü insanların canında, ruhundadır.
4333965