“İQNA”-nın Ayətullahül-uzma Xameneinin əsərlərinin qorunması və nəşri ofisinin informasiya portalına istinadən verdiyi xəbərə əsasən, Ali Rəhbər cümə axşamı, 23 Bəhmən – televiziya müraciətində 22 Bəhmən günündə xalqın möhtəşəm və milyonlarla nəfərlik iştirakını İran İslam Respublikasının başıucalığına, güc və izzətinin artmasına səbəb olan bir hadisə, həmçinin İran xalqını təslim etdirmək istəyən düşmənlərin məyusluğu kimi dəyərləndirdi və bu böyük hərəkətdə iştirak edən bütün insanlara təşəkkür edərək hamını bu qiymətli milli birliyi qorumağa çağırdı.
Ayətullah Xamenei bu müraciətində əziz İran xalqına xitabən dedi:
“Bu il 22 Bəhmən günündə böyük bir iş gördünüz; İranı başıuca etdiniz, hər zaman olduğu kimi, İslam Respublikasını dəstəkləməklə onun gücünü artırdınız və öz bəyanat və planlarında İran xalqını təslim olmağa məcbur etmək istəyən düşmənləri məyus etdiniz.”
Ali Rəhbər bu möhtəşəm hərəkətin savabını İranın daha çox izzət və qüdrətinə, daha tam müstəqilliyinə səbəb olan bir nəticə kimi qiymətləndirərək əlavə etdi: “Hamımız çalışaq ki, bu çox dəyərli və qiymətli olan milli bağlılığı və birliyi qoruyaq.”
İnqilab Rəhbəri xalqın küçələrdə iştirakı, vahid söz və şüar səsləndirməsi, öz kimliyini və şəxsiyyətini düşmənə göstərməsi ilə bağlı yüksək dəyərləndirmə edərək bildirdi: “İran xalqının hamısına təşəkkür edirəm və ölkənin hər yerində bu möhtəşəm və milyonlarla nəfərlik toplantıda iştirak edən hər bir şəxsə öz salam və dərin ehtiramımı çatdırıram.”
4334127