IQNA

İmam Hüseynin (ə) hərəmində ən böyük genişləndirmə layihəsi başlayır

10:59 - February 21, 2026
Xəbər sayı: 3499786
İQNA – İmam Hüseynin (ə) hərəminin ən böyük genişləndirmə layihəsinin icrasına başlanır. “Rəsul Əzəm (s) həyəti” indiyədək İmam Hüseyn (ə) hərəminin şahid olduğu ən böyük inkişaf layihəsidir.

“İQNA”-nın “Əl-Kəfil”ə istinadən verdiyi məlumata görə, İmam Hüseynin (ə) hərəminin inkişaf layihələri idarəsi İmam Hüseynin (ə) həyətinin böyük genişləndirilməsi layihəsinin üçüncü mərhələsi olan “Böyük Rəsul Əzəm (s) həyəti”nin detalları və xüsusiyyətlərini açıqlayıb. Bu layihənin təməlqoyma mərasimi çərşənbə, 18 fevral 2026-cı ildə keçirilib.

Layihə idarəsinin rəhbəri mühəndis Hüseyn Rza Mehdi bildirib ki, Rəsul Əzəm (s) həyəti layihəsinin tikinti sahəsi 330 min kvadratmetrdir, ümumi torpaq sahəsi isə 100 min kvadratmetr təşkil edir. Bu, layihəni ziyarətçilərin artan sayını qarşılamağa imkan verən ən böyük tikinti layihələrindən birinə çevirir.

O izah edib ki, Böyük Rəsul Əzəm (s) sahni layihəsi İmam Hüseynin (ə) həyətinin genişləndirilməsi üzrə böyük layihənin üçüncü mərhələsidir və vurğulayıb ki, bu həyət indiyədək İmam Hüseynin (ə) hərəminin həyətində həyata keçirilən ən böyük inkişaf layihəsidir.

O əlavə edib ki, layihənin yeri İmam Hüseynin (ə) mübarək hərəminin şimal-qərb tərəfində olacaq və məqsəd infrastrukturun inkişafı və ziyarətçilərə xidmət üçün ayrılmış məkanların genişləndirilməsidir. Layihə geniş mühəndislik baxışına əsaslanır.

O qeyd edib ki, layihənin təməli qoyulacaq və yeni inkişaf mərhələsinin tikinti işləri tezliklə başlayacaq.

İmam Hüseynin (ə) sahninin genişləndirilməsi, artan ziyarətçi sayını qarşılamaq, ziyarət və dini–ictimai xidmətlər üçün münasib mühit yaratmaq məqsədilə İmam Hüseynin (ə) hərəminin tərəfindən həyata keçirilən böyük inşaat layihələrindən biridir.

Ötən həftə İmam Hüseynin (ə) hərəminin inkişaf layihələri şöbəsi yaxın vaxtlarda İmam Hüseynin (ə) hərəminin həyətinin ətrafında yeni bir minarənin tikintisinə başlanacağını elan etmişdi. Məlumata görə, bu minarənin hündürlüyü 80 metr olacaq və hərəmin girişinə gələn ziyarətçilər üçün istiqamət nişanı kimi xidmət edəcək.

Hüseyn Rza Mehdi bildirib ki, İmam Hüseynin (ə) hərəminin qarşıdakı dövrdə həyəti əhatə edən böyük divarın inkişaf layihəsi çərçivəsində yeni minarənin tikintisinə başlayacaq.

O əlavə edib ki, minarə İslam memarlığı üslubuna uyğun və İmam Hüseynin (ə) hərəminin həyətinin memarlıq planlarına əsasən inşa ediləcək.

4335230

captcha