IQNA

Nücəba: İrana qarşı hərbi addım atmaq – İraq, Livan və Yəmənlə də müharibə deməkdir

13:02 - February 26, 2026
Xəbər sayı: 3499833
İQNA – Nücəba Hərəkatı ABŞ nümayəndəsinin səfərinin müqavimət cəbhəsinin qərarlarına heç bir təsir göstərmədiyini vurğulayaraq bəyan edib ki, İrana hücum olacağı təqdirdə İraq, Livan və Yəməndəki müqavimət qrupları da müharibəyə daxil olacaqlar.

“İQNA”-nın “Nücəba” Media Ofisinə istinadən verdiyi xəbərə görə, İslam Müqaviməti Nücəba Hərəkatının Siyasi Şurasının üzvü Firas əl‑Yasir Ağ Evə xəbərdarlıq edərək bildirib: Vaşinqtonun İrana qarşı müharibə qərarı ilə bağlı hələ də narahat olduğu görünür və ABŞ, İraq İslam Müqavimətinin reaksiyasından ciddi şəkildə qorxur.

O vurğulayıb ki, İran İslam Respublikasına qarşı istənilən addım əslində İraq, Livan və Yəmənə qarşı genişmiqyaslı müharibə deməkdir. Bu isə müqavimətin özünü bütün vasitələr və imkanlarla müdafiə etmək qərarını qaçılmaz edir.

Nücəbanın Siyasi Şurasının üzvü həmçinin bildirib ki, ABŞ-ın Bağdada göndərdiyi nümayəndə Tom Barraqın səfəri də İraq İslam Müqavimətinin qərarlarına təsir etməyəcək. O, bütün İraq rəsmilərini və siyasi cərəyanlarını ABŞ-ın xəbərdarlıqlarını dəyişməz bir taleyin təkrarı kimi qəbul etməməyə çağırıb.

Firas əl‑Yasir İraqın qərarverici və siyasət formalaşdıran şəxslərinə xatırladıb ki, hesablamaları yenidən nəzərdən keçirərək Vaşinqtonun diktələrinə boyun əyməkdən çəkinmək və İraqın suverenliyinə, xalqına hörmət etmək daha doğru yoldur. Çünki İraqın dövlət qərarlarının ABŞ-a bağlı kimi görünməsi yolverilməzdir.

4336707

Teqlər: nücəba ، iran ، İraq ، yəmən ، livan
captcha