IQNA

İran İslam İnqilabının yeni liderinin seçilməsi münasibətilə Putinin təbriki

16:49 - March 11, 2026
Xəbər sayı: 3499906
İQNA – Vladimir Putin, Ayətullah Seyid Müctəba Xameneinin İran İslam İnqilabının üçüncü lideri seçilməsini təbrik edib.

“İQNA”‑nın “Raşa Tudey”ə istinadən verdiyi xəbərə görə, Kreml yayımladığı bəyanatda Rusiya Prezidenti Vladimir Putinin Ayətullah Seyid Müctəba Xameneinin seçilməsi münasibətilə təbrik mesajını çatdırıb və ona müraciətlə deyib: “Əminəm ki, siz atanızın yolunu şərəflə davam etdirəcəksiniz.”

Putin mesajının davamında vurğulayıb: “İran silahlı təcavüzə qarşı müqavimət göstərir və sizin mövqeyiniz böyük cəsarət və fədakarlıq tələb edir.”

Bəyanatda həmçinin qeyd olunur: “Bir daha Tehrana davamlı dəstəyimizi və iranlı dostlarımızla həmrəyliyimizi vurğulayırıq. Rusiya İran üçün etibarlı tərəfdaş olub və olaraq qalacaq.”

4339663

captcha