IQNA

İran İslam Respublikasının yeni rəhbərinə Neçirvan Barzanidən təbrik mesajı

4:14 - March 14, 2026
Xəbər sayı: 3499919
İQNA – Neçirvan Barzani, Kürdüstan Regionunun Prezidenti, yaydığı mesajda İran İslam Respublikasının yeni rəhbərinin seçilməsini təbrik edib.

“İQNA”-nın “Kürdistan 24”ə istinadən verdiyi xəbərə görə, Kürdüstan Regionunun Prezidenti Neçirvan Barzani Ayətullah Seyid Müctəba Xameneinin İranın yeni rəhbəri seçilməsini təbrik edib.

O, mesajının sonunda hörmətini ifadə edərək Kürdüstan Regionu ilə İran İslam Respublikası arasında dostluq münasibətlərinin əhəmiyyətini bir daha vurğulayıb.

Mesajın mətni belədir:

Həzrət Ayətullah Seyid Müctəba Əli Xamenei, İran İslam Respublikasının ali rəhbəri

Uca Allahın salamı sizə olsun.

Sizin İran İslam Respublikasının ali rəhbəri seçilməniz münasibətilə səmimi şəkildə Sizə və İran İslam Respublikasının xalqına təbriklərimizi çatdırırıq. Bu yeni vəzifə və məsuliyyətdə Sizə uğurlar arzulayırıq.

Kürdüstan Regionu iki xalqın mənafelərinin qorunması və bütün bölgədə dinc birgəyaşayışın möhkəmləndirilməsi istiqamətində İran İslam Respublikası ilə tarixi və dostluq münasibətlərinin inkişafını daim arzulayır.

4339880   

captcha