“İQNA”-nın “Middle East News”‑a istinadən verdiyi xəbərə görə, Ayətullahul‑uzma Seyid Əli Sistaninin ofisi İranın yeni rəhbərinə uğur diləyən bir mesaj yayıb.
Mesajın tam mətni belədir:
Bismihi Təala
İran İslam Respublikasının mərhum rəhbəri, həzrət Ayətullah ağa Xameneinin (rəhmətullah əleyh) xatirəsini ehtiramla yad edərək, ümid edirik ki, onun əziz canişini (həfizəhullah Təala) böyük İran xalqına xidmət etməkdə, bədxahların şərini dəf etməkdə, milli birlik və həmrəyliyi qorumaqda müvəffəq və müəyyəd olsun.
21 / Mübarək Ramazan ayı / 1447 h.q.
4340085