IQNA

Rəhbərin ilk mesajının beynəlxalq mediada geniş əksi

6:17 - March 15, 2026
Xəbər sayı: 3499933
İQNA – İran İslam İnqilabının rəhbəri Ayətullah Seyid Müctəba Xameneinin ilk mesajı regional və beynəlxalq medianın baş xəbərləri sırasında yer alıb.

“İQNA”-nın verdiyi məlumata görə, Əl-Cəzirə (Qətər), Əl-Məyadin, Əl-Ərəbiyyə, Əl-Mənar, Əl-Məsirə və Hindistan, Pakistan da daxil olmaqla bölgənin digər media qurumları adi yayımlarını kəsərək Ayətullah Xameneinin mesajını canlı şəkildə yayımlayıblar.

Rəhbər bu mesajda xalqa təşəkkür edərək onların səhnədəki davamlı iştirakını vacib adlandırıb.

Ayətullah Xamenei həmçinin Hörmüz boğazının bağlı qalmasının zəruriliyini vurğulayaraq deyib:

“Bizim 15 ölkə ilə quru və ya dəniz sərhədimiz var və həmişə onlarla isti və konstruktiv əlaqələrə can atmışıq. Lakin düşmən illərdir ki, bu ölkələrin bəzilərində hərbi və maliyyə bazaları yaradaraq bölgəyə nəzarətini təmin etməyə çalışır”.

O əlavə edib:

“Son hücumda bəzi hərbi bazalardan (İrana qarşı) istifadə olundu və biz də əvvəlcədən etdiyimiz açıq xəbərdarlığa uyğun olaraq, həmin ölkələrə zərər vermədən yalnız həmin bazaları hədəfə aldıq. Bundan sonra da məcbur qalsaq, bu siyasəti davam etdirəcəyik”.

Beynəlxalq medianın reaksiyaları

Indian Express

Bu qəzet yazıb: 

“İranın yeni rəhbəri ilk mesajında bölgədəki bütün ABŞ bazalarının dərhal bağlanmalı olduğunu bildirdi”.

Reuters

“İranın yeni rəhbəri Hörmüz boğazının bağlı qalmalı olduğunu deyir”.

BBC

BBC bu mövzunu belə yayımlayıb: 

“İranın yeni rəhbəri Ayətullah Seyid Müctəba Xamenei ilk televiziya çıxışında İranın Hörmüz boğazını bağlama siyasətini davam etdirəcəyini bildirib”.

BBC həmçinin qeyd edib ki, rəhbər İranın müharibədə şəhid olanların qanının intiqamını alacağını deyib.

Bu mesaj bölgədə gərginliyin artdığı və Fars körfəzində ticarət gəmilərinə yeni hücumlar barədə xəbərlərin yayıldığı bir vaxtda verilib.

TF1info (Fransa)

Başlıqda belə yazılıb: 

“Davam edən müharibədən başqa heç bir həll yolu yoxdur”.

France24

France24 mesajı canlı yayımlayaraq bildirib: 

“İranın yeni rəhbəri Hörmüz boğazının düşmənə qarşı təzyiq vasitəsi kimi bağlı saxlanılmasının zəruri olduğunu deyir”.

RFI (Radio France Internationale)

RFI də bu sitatı önə çıxarıb: 

“Düşmənə qarşı təzyiq vasitəsi kimi Hörmüz boğazının bağlı saxlanılması mütləq davam etməlidir”.

Associated Press

AP yazıb: 

“İranın yeni rəhbəri ilk bəyanatında Hörmüz boğazının bağlanmasının təzyiq aləti kimi istifadə olunmalı olduğunu bildirib”.

Euronews

“İranın yeni rəhbəri Hörmüz boğazının bağlanmasına dair mövqeyini bir daha vurğuladı”.

Sky News

Sky News belə yazıb: 

“İranın yeni rəhbərinin ilk çıxışında Hörmüz boğazı ilə bağlı təhdid və intiqam vədi diqqət çəkdi”.

4340282    

captcha