IQNA

Əl-Kəbi ərəb liderlərinə müraciət etdi: Necə bitərəf olduğunuzu iddia edirsiniz?

2:44 - March 16, 2026
Xəbər sayı: 3499939
İQNA – İraq Nücəba İslam Müqavimət Hərəkatının baş katibi ABŞ və sionist rejimin İranı hədəf alan təcavüzü qarşısında “bitərəf” olduqlarını iddia edən Fars körfəzi ərəb dövlətlərini tənqid edib.

“İQNA”-nın “Nücəba” Media Ofisinə istinadən verdiyi xəbərə görə, İraq Nücəba Hərəkatının baş katibi Əkrəm əl‑Kəbi İslam dünyasının ərəb liderlərinə ünvanladığı mesajda deyib:

“Ölkələrinizi işğalçı və cinayətkar dəstələrə təhvil verərək, onlara casusluq və müsəlman qonşularınıza qarşı təcavüz üçün baza yaratmaqla öz ölkələrinizə rüsvayçılıq, bədbəxtlik, dağıntı və müharibə gətirdiniz”.

O əlavə edib: “Şər Netanyahu və axmaq Tramp sizi heç bir payınız olmayan bir macəraya sürüklədilər. Müharibədən sonra isə yenə həyasızcasına sizə qayıdacaq, müharibənin xərclərini sizdən alacaq və sizi böyük İsrail layihəsinə qurban vermək üçün toyuq kimi başınızı kəsəcəklər. Bu layihə sizin coğrafiyanızın bir hissəsini də əhatə edir”.

Nücəba baş katibi vurğulayıb: “ABŞ-ın hərbi əməliyyatlarının böyük bir hissəsi sizin torpaqlarınızdan həyata keçirilərkən, necə neytrallıq iddia edə bilərsiniz?”

Əl‑Kəbi qeyd edib: “İsrail və ABŞ-a xidmət edən, İran qüvvələrini izləyən radar məntəqələri sizin torpaqlarınızda yerləşdirilib. Düşmənin bölgədəki gözləri kor edilməlidir”.

O bildirib: “Hər bir müşahidəçi bilir ki, İrana və İraqa atılan hücum raketləri yalnız yaxın bazalardan buraxıla bilər; xüsusilə də onların hərbi gəmiləri Heydəri raketlərinin hədəfindən qaçdıqdan sonra”.

4340158

captcha