“İQNA”-nın “əl-Mənar”a istinadən verdiyi xəbərə görə, Fələstin İslam Cihad Hərəkatının baş katibi Ziyad ən‑Nəxalə təbrik mesajında İnqilab Rəhbərinin yanında azad xalqların möhkəm dayanışmasını xüsusi qeyd edib.
İmam Seyid Əli Xameneinin şəhadətindən sonra Ayətullah Seyid Müctəba Xameneinin yeni rəhbər seçilməsi münasibətilə göndərilən bu mesajda o bildirib:
“Dünyanın bütün azadlıqsevər xalqları sizin yanınızdadır və sizin möhkəmliyiniz, mübarizəniz və qələbəniz onların özlərinin və onların ədalətli məsələlərinin dayağıdır. Bu xalqların başında isə daim ABŞ və İsraillə qarşıdurmada olan mübariz Fələstin xalqı və onların Livandakı cəsur və döyüşkən qardaşları dayanır”.
4340193